Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədalət Verdiyev: “Əgər Ermənistana sülh lazım deyilsə, Azərbaycana heç lazım deyil” - Müsahibə

Görünən odur ki, Ermənistan tərəfi heç bir danışıqlara hazır deyil və Yerevana təxribatlarına son qoyulmasına əhəmiyyət vermir...

“Sərhəddə təxribatların törədilməsi sülh danışıqlarını tamamilə təhlükə altına alır”.

Xəbər verdiyimiz kimi mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Görünən odur ki, Ermənistan tərəfi heç bir danışıqlara hazır deyil. Yerevana təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozdu.

AzərbaycanErmənistan liderlərinin görüşü öncəsi sərhəddə baş verən təxribatlarla bağlı Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müsahibə edib.

Ədalət Verdiyev: “Daha əvvələr olduğu kimi bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb”.

Poliqon hərbi-ekspert Ədalət Verdiyev ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Ədalət müəllim, mayın 14-də Brüssel görüşü öncəsi Ermənistan yenə təxribat törətdi. Bu təxribat və sülh danışıqları barədə nə deyə bilərsiz?

- Bu onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb və belə bir niyyəti indi də yoxdur. Daha əvvələr olduğu kimi bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək. Adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi toraqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır.

Sərhəddə təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağında açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, belə bir vəziyyətdə və münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz.

Ədalət Verdiyev: “Adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi toraqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır”.

Əgər Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 il işğalda qalam müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır.

- Mayın 10-da Moskvadan Azərbaycan-Ermənistan sərhədində KTMT sülhməramlı missiyasının yerləşdirilməsinin zərurliyi ilə bağlı bəyanat səsləndirildi. Mayın 11-də isə Ermənistan ordusu sübh tezdən təxribat törədərək Azərbaycan ordusunun mövqelərini ağır silahlardan atəşə tutdu. Bunu təsadüf hesab edirsiniz?

- Rusiya Azərbaycan-Ermənistan sərhəddinə KTMT-nin yerləşməsi barədə təzyiqlərini uzun müddətdir ki, aşkar şəkildə davam etdirir. Buna görə də bu təxribatların məhz Paşinyanın Rusiya səfərindən sonra baş verməsi bir daha bu təxribatlar üçün siqnalın Kremldən gəldiyini əsas götürməyə imkan verir.

- İddia olunur ki, Ermənistan ordumuza qarşı İran dronlarından istifadə edib. Bu barədə nə deyə bilərsiz?

- Təxribatlar nəticəsində Ermənistanın İran dronlarından istifadə etməsi haqqında bəzi məlumatlar mövcud olsa da, hələ ki, onları təsdiqləyən foto və ya video materiallar əlimizdə yoxdur. Amma hər bir halda İranın belə bir dronları Ermənistana verdiyi istisna edilməməlidir.

Əlimizdə foto və ya video materiallar olduqda biz belə bir dronlarının markasını və imkanlarını araşdıra bilərik. Hələ ki, belə bir real görüntülər əlimizdə yoxdur. Buna görə də düşünürəm ki, bu barədə danışmaq bir qədər tezdir.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar