Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DXR”də Ukrayna tərəfindən döyüşən əcnəbilərə ölüm cəzası verildi

Qondarma “Donetsk Xalq Respublikası”nda Ukrayna tərəfində vuruşan və əsir düşən iki britaniyalı, eləcə də bir mərakeşli üzərində keçirilən məhkəmə yekunlaşıb. Hər üç şəxs ölüm cəzasına məhkum edilib.

Britaniyalılar Şon Pinner və Eyden Aslin, həmçinin Mərakeş vətəndaşı Saadun Brahim Ukrayna silahlı qüvvələrinin üzvləridir və Rusiya ilə müharibə başlamazdan öncəmüvafiq müqavilələr imzalayıblar.

Məhkəmə olduqca qısa müddət ərzində yekunlaşıb və jurnalistlərə qapalı keçirilib. Məhkəmədən gələn bütün xəbərlər yalnız Rusiya dövlət mediası vasitəsilə təhrif olunmuş şəkildə çatdırılıb. Məsələn, media iddia edib ki, müttəhimlər “terrorçuluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçdiklərini” etiraf ediblər ki, bu maddə ömürlük həbs cəzasını nəzərdə tutur.

Məhkumların yaxınları dəfələrlə müttəhimlərin normal müdafiə olunmadığını, onlara verilən “vəkillərin” heç bir iş görmədiyini bildiriblər.

Britaniya hakimiyyəti isə “DXR”i əsir götürülmüş britaniyalılarla “mərhəmətli davranmağa” çağırıb. Baş nazirin müavini Dominik Raab isə hökmə etiraz etmək üçün bütün lazımi şikayətləri verəcəyini vəd edib.

Şon Pinner və Eyden Aslin Britaniya baş naziri Boris Consondan ukraynalı siyasətçi Viktor Medvedçukla dəyişdirilmələrini xahiş ediblər. Sonuncu hazırda hazırda dövlətə xəyanətdə şübhəli bilinərək Ukraynada həbsdədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ən çox oxunanalar