Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın sağlamlığı ABŞ-ın sağlamlığından asılıdır...

Müvəqqəti də olsa, ABŞ-a super güc, immiqrantların problemlərini həll etmək və qaçqınlar üçün cəlbedici ölkə olaraq qalmaq bacarığını verən ciddi reallıqlar var...

Sam Mensa

“The Independent” qəzeti, 9 iyun 2020-ci il

Minneapolisdə afro-amerikalı Corc Floydun öldürülməsi dünyanın bütün media orqanlarının manşetlərində və məqalələrində birinci yerdədir.

Bu da onu göstərir ki, ABŞ-da baş verən hadisələr hələ də onu sevənlərin və nifrət edənlərin əsas maraq dairəsindədir.

ABŞ-dakı bu hadisə ilk dəfə baş veməsə də, təəssüf ki, son da olmayacaq və üstəlik, prezident seçkiləri kampaniyalarının və kəskin siyasi çəkişmələrin ortasında baş verdiyi üçün bu qədər effektiv oldu.

Təsirli olmasının başqa bir səbəbi isə bunun keçmiş prezident Barak Obama administrasiyasının toplanmış davamçılarından ibarət, diqqət çəkici bir mərhələni izləyən partiyalar arasında və gərgin qütbləşmənin mərkəzində baş verməsidir.

Əslində, Obama administrasiyası ABŞ-ın bədənini çürüdən irqçilik probleminə yeni bir həll yolu tapa bilməyib. Bu mövzuda heç bir uğur əldə edilməyib.

ABŞ sağı da ənənəvi sinifdən kənarda olan Donald Trampı seçərək buna cavab verdi.

Corc Floydun ağdərili bir polisin dizini boğazına sıxması nəticəsində boynunun qırılması və boğularaq ölməsi bu mənzərənin dəhşətinə baxmayaraq, hadisə ilə bağlı bəzi yanaşmalar və müşahidələr qeyd edilə bilər.

Birincisi, ABŞ-a qarşı olan düşmənlərin hədsiz dərəcədə reaksiya verməsi ilə bağlıdır.

Belə ki, bu tərəflər o qədər bütün bu hadisələri hətta “ABŞ İmperiyası”nın sonu adlandırıblar. Yəni ABŞ-ın bir zərbə ilə vətəndaş müharibəsində məhv olacağına ümid etdilər.

İkincisi isə dəstəkçilərlə, xüsusən də Tramp administrasiyasını, daxili və xarici mövzularda olan siyasətlərini müdafiə edənlərlə bağlıdır.

Bəlkə də, bu iki yanaşma ABŞ-da kəskin qütbləşmə şəraitində baş verənləri çox təcəssüm etdirir.

Bəhs etdiyimiz qütbləşmənin bir tərəfində radikal və utopik tələblərlə 60-cı və 70-ci illərin əvvəllərində Avropa səhnəsini ələ keçirən solçu xətti ilə az da olsa oxşar olan anarxist radikal solçu kəsimdə olan azlıqlar var.

Digər tərəfdə də radikalist, fanatik millətçi, narahat və gərgin kimliyə sahib olan sağ var.

İki tərəfin ortaq xüsusiyyəti qurucu ataların əsasını qoyduğu ənənəvi ABŞ dəyərlərini rədd etmələridir.

Bu ikisi arasında isə mülayim və orta sinif çoxluq təşkil edir. Bu sinif ABŞ-ı dünyanın bütün digər ölkələrindən fərqləndirən dəyərlərə, yəni müxaliflərin ABŞ-ı məhv etmək istəsələr belə, onu təqlid edən dəyərlərinə inanırlar.

ABŞ-ın bu dəyərləri insan hüquqlarına, şəxsi azadlıqlara, qanunlara, institutlara, idarəetməyə, güc bölgüsünə və balansına olan hörmətə əsaslanır. Çoxluq təşkil edən bu ABŞ sinfi tarix boyu həmin dəyərləri, dövləti və cəmiyyəti şiddət, dağıntı, irqçilik və öz içinə çəkilməkdən qorudu.

Bu dalğalardan bəziləri bunlardır:

1968-ci ildə oğul Martin Lüter Kinqin öldürülməsi ilə baş berən xaos;

1992-ci ildə Rodney Kinqin Los-Ancelesdə öldürülməsi;

1996-cı ildə Floridadakı iğtişaşlar;

2015-ci ildəki Baltimor hadisələri;

2016-cı ildə Milvokidə baş verən talan və zorakılıq hərəkatları.

Buna görə də, qorxunc və təhlükəli olsalar da, bu cür hadisələr baş verdikdə ABŞ-ın çökəcəyini və dağıdılacağını düşünmək sadəlövhlükdür. Çünki ABŞ-a müvəqqəti də olsa, super güc olmaq, mühacirlər və qaçqınlar üçün cəlbedici bir ölkə olaraq qalmaq imkanını verən bəzi reallıqlar var.

ABŞ-ın özünəməxsusluğunu ifadə edən bu həqiqətləri 4 əsasla ümumiləşdirə bilərik:

  • Güclü və müstəqil məhkəmə sistemi;
  • Köklü universitetlər;
  • Elm və səhiyyə müəssisələri;
  • Düşüncə və Tədqiqat mərkəzləri.

Həmçinin, ABŞ tarixi boyunca bütün rəsmi qurumların çəkindiyi, siyasi həyatı istiqamətləndirmək və nəzarət etmək məsələsində ciddi təcrübəsi olan azad, güclü və müstəqil media orqanları;

Əsasında iqtisadi azadlıq olan özəl sektor;

Bu özəl sektor, xüsusilə kiçik və orta biznesi, kinodan teatr və musiqiyə qədər olan əyləncə sektorunu, bu gün insan həyatının və kommunikasiyanın inkişafında mühüm rol oynayan nəhəng texnologiya şirkətlərini əhatə edir.

ABŞ-dakı bu sütunlar, əslində Vaşinqtondakı siyasətlərin və siyasətçilərin rolundan daha güclü, vacib və effektivdir. Bu cür dəhşətli hadisələri və iyrənc səhvləri aradan qaldırmağa imkan verən də məhz bunlardır.

Minneapolisdə baş verən bu hadisədən sonra xatırlatmalıyıq ki, qaradərili amerikalıların göstərdiyi həmrəylik sözügedən orta və mülayim ABŞ sinifinin həqiqi inanclarının və hisslərinin ən səmimi ifadəsidir. Polislərin öldürdüyü Floyddan və digərlərindən üzr istəmək məqsədilə qəzəbli izdihamım qarşısında diz çökən polis məmurları da buna misaldır. Həmçinin, bu hadisələrdən əziyyət çəkənlər üçün edilən davamlı ianələr də buna nümunə ola bilər.

Təkcə “Bank of America” bunun üçün 1 milyard dollar ayırıb. Floydun öldürülməsi və bundan sonra baş verən hadisələrlə məşğul olan ABŞ liderlərinin bir çox açıqlaması da bu sinifin səsinə çevrildi.

Onlardan biri də prezident Trampın ordunu vəzifəyə çağırmasına açıq şəkildə qarşı çıxan və zorakı hadisələri dayandırmaq üçün hərbi qüvvələrin istifadə edilməsini rədd edən Müdafiə naziri Mark Esper idi. Esperin bu addımı, bəlkə də, bütün ordunun münasibətini əks etdirir və qərar verilərkən yaranan tarazlığa işarə edir.

Texasın Hyuston şəhərinin Təhlükəsizlik Müdirinin verdiyi açıqlama da belə idi:

ABŞ prezidentinə demək istəyirəm ki, deyiləcək faydalı bir sözün yoxdursa, xahiş edirəm, kəs səsini”.

Son hadisələr həm də oğul Martin Lüter Kinqin mirasının hələ də yaşadığını ortaya çıxarıb.

Ağlarla qaralar arasındakı həmrəyliyin yaratdığı bu ruh irqçi sağçıların iyrənc əməllərinin və solun diqqətsiz, düşüncəsiz və uşaq kimi hərəkətlərinin qarşısını alıb.

Bütün bunlar ABŞ-ın demokratik siyasətindəki qurumların önəmindən xəbər verir. Buna görə də, təhlükələrə və çirkinliklərə baxmayaraq, bəzi media orqanlarının və dövlətlərin irəli sürməyə çalışdıqları şeyə inanmamalıyıq.

Etiraf etməliyik ki, ABŞ özünü qoruyacaq gücə və bacarığa malikdir.

ABŞ-ın dünyadakı rolu da 3 prinsipə əsaslanır:

Birinci prinsip xarici gücün daxili gücdən kömək alması ilə təcəssüm olunur. Başqa sözlə, ABŞ öz gücünü qeyd etdiyimiz dəyərlərdən və iqtisadi rifahdan alır və o, bu daxili sabitliyə sahib olmasaydı, beynəlxalq münasibətlərdə dünyanın fövqəldövləti rolunu oynaya bilməzdi.

İkincisi, azadlıq, insan hüquqları və ədalətli institutlar fəlsəfəsi ilə ifadə olunur. Bundan əlavə, rəhbərlik də bu normaları və qanunu beynəlxalq sistemdə birləşdirməyə çalışmalı və daha yaxşı bir dünya yaradılmalıdır.

Üçüncü prinsip isə gücünün təsirli olması üçün ABŞ, xüsusilə Atlantikin iki sahili və Asiyadakı müttəfiqləri ilə olan münasibətlərini möhkəmlənməli və onlarla uyğun hərəkət etməlidir.

Buna ən yaxşı nümunə İrana qarşı olan sanksiyalardır. Bu uyğunluq olsaydı, həm İrana, həm də başqalarına qarşı sanksiyalar daha da təsirli olardı.

Buna görə də ABŞ ruhu ilə barışmadan və yüksək quruluş dəyərlərə bağlı olmadan ABŞ-ın müttəfiqlərinin maraqları, xüsusilə də bölgədə baş tuta bilməz.

Bunun baş verməsini gözləyərkən deyə bilərik ki, dünyanın sağlamlığı ABŞ-ın sağlamlığından asılıdır. Hətta bu məsələdə Samuel Hantinqtonun dediyi fikirlərdən də kömək ala bilərik:

ABŞ bir yalan deyil, bir məyusluqdur. Çünki o, eyni zamanda, ümidin özüdür”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Corc Floyd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar