Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatı tənəzzüldən qurtulmağa çalışır

Çində iqtisadi vəziyyət mürəkkəbdir...

Dünya ölkələrini 2 il ərzində bürüyən koronavirus xeyli problem yaradıb. İqtisadi tənəzzül və inflyasiya vaxtilə inkişaf edən ölkələrin əsas probleminə çevrilib. Avropa İttifaqı ölkələri enerji problemi ilə də üzləşiblər. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi neft və qazın qiymətlərini artırıb. Bu qışın Avropa ölkələri üçün ağır keçəcəyi proqnozlaşdırılır.

Çində də iqtisadi vəziyyət mürəkkəbdir. Çinin daşınmaz əmlak bazarı iflas həddindədir. Ümumdünya Bankının hesabatına görə, 1990-cı ildən bu yana bır sıra Asiya ölkəsi iqtisadi inkişafa görə Çini qabaqlaya bilər. Asiya ölkələrinin iqtisadi inkişafı 5 faizi keçərkən, Çinin göstəricisi 3 faizə çatmayacaq.

Buna baxmayaraq, Ümumdünya Bankının monitorinqinə görə Pekin koronavirusla mübarizədə uğurlar qazanıb. Ancaq bu mübarizə Çin iqtisadiyyatına baha başa gəlib, idxal-ixrac əməliyyatları, sənaye istehsalı azalıb. Logistikada problemlər yaranıb, məhsulların daşınma və çatdırılma zəncirində qırılmalar var. Digər tərəfdən Çinin “Alibaba” kimi nəhəng şirkətlərinə qarşı müxtəlif qadağalar da tətbiq edilib ki, bu da ölkənin gəlirlərinə mənfi təsir edib.

“Wall Street Journal” dərgisində dərc olunan məqalədə, Çin iqtisadiyyatının problemlərinin artacağını proqnozlaşdırıb. “Reuters” agentliyi də Çin iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyinə dair analiz paylaşıb. Çindəki sənaye müəssisələrinin gəlirlərinin təxminən 2 faiz azalması da bundan xəbər verir. Çin iqtisadiyyatında normallaşma mərhələsi başlayarkən, koronavirusun yayılmnasıyla əlaqədar bir sıra sənaye şəhərində yenidən qadağalar və qapanmalar tətbiq edilməyə başlanıb. İqtisadçılar Çin iqtisadiyyatının 2023-cü ildə keçmiş illərdəki inkişaf tempini bərpa etməyəcəyini proqnozlaşdırırlar.

Qurultaya hazırlaşan Çin Kommunist Partiyası Ümumdünya Bankının və Qərb mətbuatının proqnozları ilə razı deyil. Pekin iqtisadi inkişaf tempinin artacağına əmindir. Çin iqtisadiyyatı 30 il ərzində 10 faiz artım nümayiş etdirib. Ancaq bir qrup iqtisadçı bu inkişafın sonsuza qədər davam etməyəcəyini bildiriblər. Almaniya, İtaliya, Cənubi Koreya və Yaponiya da uzun illər inkişaf dövrü yaşayıblar, ancaq hazırda müxtəlif problemlərin həlliylə məşğuldurlar.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar