Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Bolton: Putin iki ayda atəşkəs təklif edə, Çin vasitəçi ola bilər

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri olmuş Con Bolton hesab edir ki, Ukraynanın yaz hücumu əhəmiyyətli irəliləyişlərə səbəb olmasa, Rusiya prezidenti Vladimir Putin yaxın iki ay ərzində atəşkəs təklif edə və dərhal danışıqlara başlaya bilər...

Poliqon xəbər verir ki, Boltonun sözlərinə görə, Çin bu prosesdə vasitəçi kimi çıxış edə bilər.

"19FortyFive" portalı üçün hazırladığı məqalədə keçmiş müşavir yazır ki, Putinin “əsas rıçaqları” Ukraynanın yay hücumunda “nisbi uğursuzluğu” olacaq. Con Boltonun fikrincə, "belə vəziyyətdə Berlində, Parisdə və hətta Vaşinqtonda siyasi liderlər atəşkəsə razılaşmağa və danışıqlara girməyə şirnikləşəcəklər”.

O, iddia edir ki, Avropada Ukraynaya xaricdən ritorik dəstəyə baxmayaraq, hərbi və maliyyə yardımının səviyyəsi ləng, istəksiz və qeyri-kafi olub, buna görə də çoxları münaqişəni geridə qoymaq istəyəcək.

Avqustda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, ölkəsi heç vaxt Vladimir Putinlə danışıqlara razı olmayacaq, çünki ona etibar etmirlər. Alternativ olaraq, nazir Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlara üçüncü tərəfin cəlb oluna biləcəyini göstərib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov hesab edir ki, Putinlə danışıqlar Qərb ölkələri üçün fiaskoya çevriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay