Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÇL: Dünya çempionları meydana itkilərlə çıxır

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

“Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gələcək. Gecənin digər oyununda İtaliya “Yuventus”u İspaniyada “Vilyareal”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

22 fevral

00:00 “Çelsi” (İngiltərə) – “Lill” (Fransa)

Baş hakim: Xesus Xil Mansano (İspaniya)

London. “Stemford Bric” stadionu

Oynamayacaqlar: Ben Çilvell, Kolum Hadson-Odoy, Ris Ceyms (hər üçü “Çelsi”)

Oynayacağı sual altında olanlar: Sesar Aspilikueta, Meyson Maunt (hər ikisi “Çelsi”)

Çempionlar Liqasının son qalibi və klublararası son dünya çempionu “Çelsi” bu matçın favoritidir. Bu komandalar sonuncu dəfə 2019-cu ildə bu turnirin qrup mərhələsində qarşılaşıb. 11 dekabr 2019-cu ildə Londonda baş tutmuş matçda “Çelsi” 2:1 hesabı ilə qalib gəlib. Qollardan birinin müəllifi olan ispaniyalı cinah müdafiəçisi Sesar Aspilikueta hazırda əzələ zədəsindən əziyyət çəkir və meydana çıxması sual altındadır.

00:00 “Vilyareal” (İspaniya) – “Yuventus” (İtaliya)

Baş hakim: Daniel Zibert (Almaniya)

Vilyareal. “Estadio de la Seramiko” stadionu

Oynamayacaqlar: Fransis Koklen, Xerard Moreno, Ruben Penya (hər üçü “Vilyareal”), Federiko Bernardeski, Corco Kyellini, Federiko Kyeza, Paulo Dibala, Daniele Ruqani (hamısı “Yuventus”)

Oynayacağı sual altında olanlar: Etyen Kapu, Covani Lo Çelso (hər ikisi “Vilyareal”), Leonardo Bonuççi, Luka Pelleqrini (hər ikisi “Yuventus”)

Komandalar indiyədək rəsmi turnirlərdə üz-üzə gəlməyib. Yalnız 2009-cu ilin avqustun 7-də tərəflər yoxlama oyununda qarşılaşıb. Onda da İspaniya klubu İtaliya nəhənginə böyük hesabla – 4:1 hesabı ilə qalib gəlib. Heç də yaxşı günlərini yaşamayan “Yuventus” bu matça da itkilərlə çıxacaq.

Qeyd edək ki, 1/8 finalın ilk 4 görüşündə “Mançester Siti” (İngiltərə) Lissabonda “Sportinq”ə (Portuqaliya) 5:0, PSJ (Fransa) Parisdə Madrid “Real”ına (İspaniya) 1:0, “Liverpul” (İngiltərə) Milanda “İnter”ə (İtaliya) 2:0 hesabı ilə qalib gəlib, “Bayern” (Almaniya) isə Avstriyada yerli “Zalsburq”la heç-heçə edib – 1:1.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar