Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin təhsil islahatları - Bu təşəbbüs bütün ölkələrə nümunə ola bilər...

Çinin həyata keçirdiyi bəzi islahatlarda öz xüsusi məqsədləri var. Çin Kommunist Partiyası gənclərə diqqət yetirərkən, onları Qərbin təsirlərindən qorumaq və beyinlərinə Çin dəyərlərini aşılamaq istəyir...

Osman Mirgani
“Şarkul Avsat” qəzeti, 9 sentyabr 2021-ci il

Çin hökuməti keçən ilin avqust ayının sonunda uşaqların fiziki və zehni sağlamlığını qorumaq üçün 18 yaşından aşağı olanların cümə, şənbə, bazar və bayram günləri istisna olmaqla, bir saatdan çox onlayn video oyunları oynamasına icazə verilməyəcəyini açıqlayıb. Sözügedən qərar böyük diqqət çəkib, bəyənənlər və bəyənməyənlər də olub.

Çin hökuməti, şübhəsiz ki, bu qərarın illik satışları təxminən 44 milyard dollar olan və dünyanın ən böyük sənaye sahələrindən biri hesab edilən video oyunları sənayesində böyük itkilərə səbəb olacağını bilirdi. Ancaq, eyni zamanda, gəncliyi “əsrimizin tiryəklərindən” qorumağın vacibliyini də nəzərə alır.

Çin hökuməti əsas məktəb fənləri üzrə özəl dərsləri məhdudlaşdırmağa qərar verdikdən bir neçə həftə sonra sözügedən qərarı verib. Hökumətin keçən ilin iyul ayında elan etdiyi yeni qaydalara görə, məktəb tədris proqramı daxilində repetitorluq təklif edən təşkilatlar kommersiya təşkilatı olaraq qeydiyyatdan keçməli olacaqlar. Hökumət heç bir yeni təhsil müəssisəsinin təxminən 120 milyard dollar həcminə çatmaq üçün sürətlə böyüyən bir sənayedə işləməsinə icazə verməyəcəyini söyləyib.

Digər ölkələrdə olduğu kimi Çində də hazırlıq dərsləri təhsil sahəsində rəqabət çərçivəsində oğlan və qız şagirdlərə edilən təzyiq və ailələrə gətirdiyi maddi yüklə əlaqədar olaraq həyat şərtlərinin çətinləşdiyi bir vaxtda ciddi problemə çevrildi. Buna görə də, Çin hökuməti qocaların sayının artdığı bir cəmiyyətdə yüksək mənzil xərcləri və bahalı səhiyyə xidmətləri ilə mübarizə aparan ailələrin maddi yükünü yüngülləşdirmək üçün bu tədbirləri görməyə qərar verib.

Təhsil sistemində islahatlar aparmaq istəyən Çin bununla da kifayətlənməyib və uşaqların saatlarla yuxusuz qalmasına səbəb olan ev tapşırıqlarını ləğv edib, müəllimlərin onlayn yayım saatlarını qısaldıb və universitetlərdə daha çox yer açacağını açıqlayıb. Hökumət bildirir ki, ailələr, əsasən, test və nəticələrə yönəlmiş rəqabətli bir təhsil sisteminin tələblərinə görə uşaqlarının sağlamlığı ilə xoşbəxtliyini balanslaşdırmaq barədə problem yaşayırlar.

İctimai təhsildə islahatlar həyata keçirmək, xüsusi təhsilə nəzarət etmək və sinfi fərqlərlə yanaşı, gənclərin problemləri, elektron oyunlar və sosial media vasitələri ilə yaranan münasibətləri və bu gənclərin kiberməkanda keçirdikləri zaman təkcə Çinin deyil, dünyanın bütün ölkələrinin, hətta inkişaf etmiş Qərb ölkələrinin - xüsusən ərəb ölkələrinin - əziyyət çəkdikləri qlobal problemlərdir. Ona görə də, xüsusən də bu təşəbbüslərin çoxu 21-ci əsrə hakim olmaq istəyən bir ölkə tərəfindən həyata keçirildiyi üçün və bu planlar, təşəbbüslər və addımlar Çinin beynəlxalq sistemdə yarışmaq gücünü artırmağı hədəflədiyi üçün Çinin bu təşəbbüsü öyrənmək, ilham almaq və inkişaf etmək üçün lazımi fikirlər verə bilər. Təhsilə və xüsusilə gənclərə diqqət yetirmək düzgün bir yanaşmanı əks etdirir. Çünki bu kəsim olmasaydı, gələcəyə hazırlaşmaq çətinliklər və bəlalarla dolu olardı.

Təbii ki, Çinin həyata keçirdiyi bəzi islahatlarda öz xüsusi məqsədləri də var. Gənclərə diqqət yetirərkən, onları Qərbin təsirlərindən qorumaq və beyinlərinə Çin dəyərlərini aşılamaq istəyir. Eyni zamanda, demoqrafik tarazlıqdan, artıq mövcud olan əhalinin sayının artmasından və yaşlı əhalinin çoxalmasından əziyyət çəkən bir ölkədə, sözsüz ki, Çin də bu demoqrafik tarazlığı düzəltmək istəyir. Bu səbəbdən, 2016-cı ildə ailələrin birdən çox uşaq sahibi olmalarına mane olan qanun ləğv edildi, yalnız iki uşaq sahibi olmalarına icazə verildi və hətta bu il üç uşağa da icazə verdiyini açıqlanıb.

Bu və digər addımlar, eyni zamanda, Çin hökumətinin ailələr üzərində artan təzyiqi azaltmaq və yeni zənginlərlə işçi sinfinin yoxsulları arasında uçurumun genişləndiyi bir ölkədə sosial tarazlığı bərpa etmək üçün həyata keçirdiyi genişmiqyaslı islahatların bir hissəsidir. Həqiqətən də, bu ayın əvvəlində Çin prezidenti Si Tsinpin ümumi rifah olaraq xarakterizə etdiyi məsələni ictimaiyyətə açmaq və Çinin ABŞ-la qlobal liderlik uğrunda rəqabət aparmasına imkan verən möhtəşəm iqtisadi artımın faydalarını yaymaqla bərabərliyə nail olmağı hədəfləyən dövlət planlarını açıqlayıb.

Dünya Bankının məlumatlarına görə, Çin gəlir və sərvət bölgüsündə qeyri-bərabərliyə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Bu, Çinin 1978-ci ildə keçmiş Çin dövlət başçısı Den Syaopin Mao Tsedunun siyasətindən ciddi şəkildə uzaqlaşaraq başlatdığı iqtisadi açılış siyasəti çərçivəsində Çinin şahid olduğu böyük iqtisadi sıçrayışın nəticəsidir.

Çin rəhbərliyi bu açılışın faydalarını bir neçə adamın öhdəsinə buraxan rus modelindən də xilas olmaq istəyir. Pekin yeni milyarderləri hədəf alan bir təşəbbüs başladıb və bəzi şirkətlərə, xüsusən də texnologiya nəhənglərinə, rəqabətin həddindən artıq genişlənməsinin və aradan qaldırılmasının qarşısını almaq üçün ciddi məhdudiyyətlər tətbiq edib, həmçinin qazanclarının bir hissəsini ictimai proqramlara yönəldərək “ümumi rifah” kampaniyasına töhfə vermələrini zəruri hala gətirib. Hökumət vergidən yayınanların, xüsusən də məşhurların və zənginlərin qarşısını almaq öhdəliyini də öz üzərinə götürüb. Üstəlik, Ali Məhkəmə qərarı ilə özəl sektordakı bir çox şirkətin iş sisteminin işçilərin 72 saat işləməsini tələb etdiyi üçün qanunsuz olduğunu açıqlayıb.

Hökumətin təşəbbüsü milyarderləri və şirkətləri qazanclarının bir hissəsini kənd yerlərində sosial rifah və iqtisadi inkişaf proqramlarına ayıracaqlarını elan etməyə məcbur buraxıb. Ötən il bu il xeyriyyəçilik öhdəlikləri təxminən 100 milyard yuan (təxminən 15 milyard dollar) təşkil edib.

Çin Kommunist Partiyasının və dövlətin cəmiyyət üzərindəki hökmranlığını gücləndirən bu dəyişikliklərdə 1960-cı illərdə Mao Tsedunun rəhbərlik etdiyi və ölkədə böyük bir şoka və iqtisadi geriləməyə səbəb olan Mədəni İnqilabın əlamətlərini görənlər var. Ancaq Çin əvvəlki Çin deyil. Çünki bu gün onu ABŞ-la rəqabət aparan və dünya səhnəsinə daşıyan bir güc halına gətirən iqtisadi açılışın bəhrəsini görür. Buna görə də, Çin Kommunist Partiyasının rəhbərliyi yeni zənginlərə nə qədər məhdudiyyətlər qoysa da və ya sosial dəyişiklikləri idarə etməyə çalışsa da, xüsusilə, iqtisadiyyat sahəsində yeni güc alətlərini boş yerə sərf etməyəcək. Pekin iqtisadi gücünün ölçüsünü artırmağa davam etmək istəyir və eyni zamanda, onu sosial tarazlığı qoruyan və yoxsullarla zəngin arasındakı böyük uçurumu azaldan yollarla bölmək istəyir.

Dövlət başçısı Si isə Maonun başçlatdığı etdiyi Mədəni İnqilab dövrünün tərəfdarı deyil. Əslində, bəzi çıxışlarında bu dövrün Çin iqtisadiyyatını iflas həddinə gətirdiyini deyərək Maoya sərt tənqidlər də yönəldib. Gələn il keçiriləcək dövlət başçısı seçkilərində üçüncü dəfə beş illik müddətə namizəd olmağı hədəfləyən Sinin istədiyi tək şey ölkə daxilində birliyi gücləndirmək, iqtisadiyyatı dəstəkləmək və zənginliyi artırmaqdır. Ancaq Si daxildə daha çox nizam-intizam təmin edərək bunu etməyi düşünür.

Çinin təşəbbüsünün bütün çatışmazlıqlarına baxmayaraq, düşünürəm ki, xüsusən, o, gəncləri internetdən, sosial mediadan və elektron oyunlardan həddindən artıq istifadənin zərərlərindən qorumaq baxımından faydalıdır və onu təkmilləşdirmək mümkündür. Bundan əlavə, təhsil sistemini müntəzəm olaraq qiymətləndirmək və kommersiya problemlərinin bərabər imkanlar prinsipindən üstün olmasının qarşısını almaq baxımından faydalı ola bilər.

Gəncləri qorumaq və onlara təhsil vermək, internetin və sosial media vasitələrinin bir çox dəyişikliyə səbəb olması və insanların xeyli vaxtını alması kimi məsələlər isə ərəb ölkələrində ən vacib vəzifələrdən biri və ən böyük problemlərdən biri kimi qalmağa davam edir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar