Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin anti-Amerika bloku yaratma meyilləri...

Bundan sonra Çinin ABŞ-a qarşı blok yaradacağı yeni bir dünya nizamı gəlir...

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 27 aprel 2020-ci il

Düşünürəm ki, koronavirusdan sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da mühüm dəyişikliklər baş verəcək. İqtisadi cəhətdən ölkələr arasında əməkdaşlıq, sosial vəziyyət, strateji sektorların əhəmiyyəti, mərkəzi bankların iqtisadiyyata verdiyi töhfələr, qloballaşma və digər bir çox sahələrdə mühüm dəyişikliklərin baş verəcəyi bir dönəm olacaq.

Koronavirusdan sonrakı dönəmdə iqtisadiyyatlarda nələr dəyişəcək?

Bir tərəfdən, ölkələr qloballaşmanın verdiyi üstünlükləri qoruyub saxlayacaq, digər tərəfdən isə pandemiya prosesindəki təcrübələrindən dərs çıxararaq özlərini inkişaf etdirmək üçün daha çox səy göstərəcəklər. Ölkələr, xüsusən strateji və zəruri ehtiyaclarını ödəmək və digər ölkələrə borclu olmamaq üçün əvvəllər istehsal etmədikləri məhsulları da istehsal etməyə başlayacaqlar.

Son illərdə sərbəst iqtisadiyyatla yanaşı, tez-tez gündəmə gələn özəlləşdirmələrdən çox, milliləşdirmə təcrübələrinə şahid olacağıq. Başqa sözlə, müdaxilə edən bir iqtisadiyyat anlayışı ilə birlikdə dominant yanaşma ortaya çıxa bilər.

Ehtimal olunur ki, ölkələrin öz içinə qapanması meyli artdıqca varlılarla kasıblar arasındakı fərq daha da çoxala bilər. Bununla birlikdə, koronavirus pandemiyasına görə zəngin ölkələr də yoxsul ölkələrin illərdir yaşadıqları epidemiya və böhranları daha yaxşı başa düşəcək və bu prosesdən vacib dərslər alacaqlar.

Sosial dövlət olmaq məsələsi qarşıdakı dövrdə daha çox gündəmdə olacaq. Ölkələr sosial riskləri azaltmaq, yoxsulluğu artırmaq və sosial ədaləti təmin etmək üçün sosial siyasət vasitələrinə daha çox vəsait ayıracaqlar.

İqtisadiyyatlarda sağlamlığın vacibliyi daha çox başa düşüləcək və buna görə, ölkələr səhiyyə yatırımlarına və tibbi məhsulların istehsalına daha çox diqqət yetirəcəklər.

Uzaqdan işləməyin və rəqəmsallaşmanın əmək münasibətlərini dəyişdirəcəyini gözləyən ölkələrin əsas hədəfi texnoloji infrastrukturlarını gücləndirmək olacaq.

Milli səylər iqtisadi inteqrasiyadan daha üstün hala gələ bilər. Əslində, AB kimi ölkələr, yəni inteqrasiyaların şübhə altına alınacağı və böhrana sürüklənəcəyi, buna görə də inteqrasiyanın olmadığı, lakin iqtisadi əlaqələrin ortaq məxrəci ilə hərəkət edən ölkələr üstünlük qazanacaqlar.

İqtisadiyyatdakı məhdudiyyətlərə görə bir tərəfdən xərcləmələrin azaldılması və insanların daha çox qənaət etməsi artıq yüksək iqtisadi artım templərini zəiflədə bilər və bəlkə də, bu durğunluq davamlı hala gələ bilər.

Pandemiyanın iqtisadiyyata mənfi təsirini azaltmaq üçün ölkələrin ayırdıqları vəsaitlərə görə dövlət borcları arta bilər və nəticədə, borc böhranları dövrü başlaya bilər.

Digər tərəfdən, artan maliyyələşmə ehtiyacını ödəmək üçün mərkəzi banklara daha çox ehtiyac duyulduğundan mərkəzi banklar daha çox pul çap edəcək və bu müddətdə daha çox gündəmdə qalacaqlar. Bundan əlavə, neft gəlirlərindən çox asılı olan ölkələr üçün də çox çətin dövr başlayır. Koronadan əvvəlki dövrdə neft qiymətlərinin artması ən çox neft gəlirlərindən asılı olan ölkələrə mənfi təsir göstərmiş olsa da, indi ən böyük problemi neft istehsalçıları yaşayacaqlar.

Qlobal iqtisadi böhranlarla mübarizə apara bilməmiş qurumlar bu pandemiya testindən keçə bilmədilər. Buna görə, beynəlxalq təşkilatların sorğu-sual ediləcəyi, islahatların həyata keçiriləcəyi və bəlkə də, yeni qurumların yaradılacağı bir dövr başlayır.

Çin koronadan əvvəlki dövrlə müqayisədə rahat olmayacaq. Çinlilər dünyanın bir çox ölkəsinə mal satmaqda müəyyən çətinliklərlə üzləşəcəklər və Pekin başlatdığı yeni İpək Yolu layihəsinin icrası ilə bağlı bir çox maneələrlə qarşılaşacaq.

Bundan sonra Çinin ABŞ-a qarşı blok yaradacağı yeni bir dünya nizamı gəlir. Bu baxımdan, koronavirus pandemiyasını nəzarət altına alındıqdan sonra dünya iqtisadiyyatındakı dəyişiklikləri və ortaya çıxan meyilləri daha aydın şəkildə görəcəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar