Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: "Qarabağ" III təsnifat mərhələsinə yüksəlib - Yenilənib

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşıb. "Letsiqrund" stadionunda oynanılan görüşü FIFA prezidenti Canni İnfantino da izləyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Hesab erkən qolla açılıb. 4-cü dəqiqədə Maksim Medvedev sağ cinahdan ötürülən topu öz qapısından keçirib. Buraxılan qola baxmayaraq, “Qarabağ” öz oyun üslubundan qopmayıb. 7-ci dəqiqədə Riçard Almeydanın zərbəsini Yanik Brexer çətinliklə dəf edib. Az sonra Kevin Medina təhlükəli ötürmənin qarşısını kəsməklə, 2-ci qolun vurulmasına mane olub. 22-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev Antonio Markesanonun başla vurduğu topu tutub. 4 dəqiqə sonra Abdullah Zubir qapıçı ilə təkbətək qalsa da, zərbəsində dəqiqlik çatmayıb. Ardınca isə Marko Yankoviçin zərbəsi qapıdan aralı keçib. Qonaqların növbəti hücumu zamanı Ramil Şeydayev əlverişli vəziyyətdə topu qapıdan keçirə bilməyib. İlk hissənin sonlarına yaxın Medina zədələnib. Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu Bədavi Hüseynovla əvəzlənib. “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

İkinci yarıya da komandalar qarşılıqlı hücumlarla başlayıblar. Əvvəlcə Şeydayev sürəti hesabına müdafiəçiləri geridə qoyub Brexerlə üzbəüz qalsa da, zərbəsi istənilən kimi alınmayıb. Ardınca isə standart vəziyyət zamanı “köhlən atlar”ın qapısı qarşısında təhlükə yaşanıb. Amma rəqib futbolçulardan topa toxunan olmayıb. 55-ci dəqiqədə isə “Qarabağ” hesabı bərabərləşdirib. Şeydayevin sağ cinahdan ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Kadi Borges tarazlığı bərpa edib. 76-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi künc nöqtəsindən topu birbaşa qapıya göndərsə də, qolkiper qola mane olub. Matçın sonlarına doğru Sürix təmsilçisi təzyiqi artırıb. 80-ci dəqiqədə meydanda futbolçular arasında insident baş verib. Maksim Medvedevin zədələnməsindən sonra "Sürix"in futbolçuları hakimə etiraz ediblər. Bu zaman Ayequn Tosin Markoviçi sinəsindən itələyərək yerə yıxsa da, referi futbolçunu cəzalandırmayıb. Oyuna davam edə bilməyən Medvedev isə Bəhlul Mustafazadə ilə əvəzlənib. “Sürix”in çoxsaylı hücumları əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə öz bəhrəsini verib. İvan Santini müdafiədəki səhvdən yararlanaraq, Azərbaycan çempionunu 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazandığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.

97-ci dəqiqədə Kvabena Ovusu qapıçı ilə üzbəüz dueldən məğlub ayrılsa da, cəmi 1 dəqiqə sonra hesaba yenidən tarazlıq gətirib. Az sonra meydanda yenidən gərginlik baş verib. Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib. "Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb. 111-ci dəqiqədə İvan Santini qonaqları 3-cü dəfə cəzalandıra bilərdi. Lakin xorvatiyalı forvard qapı qarşısında topa toxuna bilməyib. 2 dəqiqə sonra Şahruddin Məhəmmədəliyev rəqibin real qol epizodunun qarşısını alıb. Ardınca isə Zubirin zərbəsi qapı dirəyindən geri qayıdıb. Fransalı yarımmüdafiəçi 120-ci dəqiqədə də qol yaxın olub. Lakin onun vurduğu top qapıdan azca aralı keçib. Matçın sonlarına yaxın əzələsi dartılan Marko Veşoviçi Abbas Hüseynov əvəzləyib.

Qalan dəqiqələrdə başqa qol olmayıb və “Qarabağ” səfərdəki heç-heçədən sonra adını III təsnifat mərhələsinə yazdırıb. Ağdam klubunun növbəti raunddakı rəqibi "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.

Azərbaycan çempionu mərhələ adlamaqla, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab bərabərləşib.

"Report"un məlumatına görə, Ovusu Kvabena 97-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, əsas vaxtdan sonra hesab meydan sahiblərinin xeyrinədir - 2:1.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə İvan Santini 2-ci topu qonaqların qapısından keçirib - 2:1.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, "köhlən atlar"dan Kadi Borges 55-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb - 0:1.

Yeganə qolu 4-cü dəqiqədə Maksim Medvedev öz qapısından keçirib.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, "Letsiqrund" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar