Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cem Yılmaz: "Azərbaycanca danışmaq 10, türkcə danışmaq isə 700 manatdır"

Türkiyənin tanınmış komediya ustası Cem Yılmazın Bakı konserti müzakirələrə səbəb olub

Onun xalq artisti Miri Yusiflə bağlı zarafatı birmənalı qarşılanmayıb. Mətbuat konfransında aktyorun “Bir həftə Bakıda qalsam, Miri Yusif kimi xalq artisti olaram” sözləri və konsertdə “Məndən min dənədir” oxuması izləyicilərdə iki fikir formalaşdırıb. Kimisi Cemin zarafatlarını normal qəbul etsə də, bəziləri komediya ustasını qınayıb.

Xalq artisti Miri Yusif də konsertin biletinin fotosunu paylaşaraq bu gün konsertə gedəcəyini bildirib.

C.Yılmaz konfransda gənc vayner Erkin Ergindən də bəhs edib. Aktyor Erkinin stand-up şouda ona söz atmasından bəhs edib: “İstanbulda təşkil olunan bir stand-up şouda azərbaycanlı aktyor deyib ki, azərbaycanca danışmaq 10 manat, türkcə danışmaq 700 manatdır. Mən də bilet qiymətini eşidəndə düşündüm ki, yəqin Tarkanla birlikdə gedirəm”.

İstanbulda deyil, ATV-də yayımlanan “Stand-up şou” adlı verilişdə təqdim olunan sözügedən səhnəciyi Erkin sosial şəbəkədə paylaşaraq “İzləmiş” şərhini yazıb.

Konsert zamanı C.Yılmaz müğənni Rauf Əhmədova da söz aıb. O, Raufu “Azərbaycanın Tarkanı” adlandırıb.

C.Yılmaz Aygün Kazımova ilə İradə İbrahimovanı da tanıdığını dilə gətirib.(Pravda.az)

pia.az


Etiket: Cem Yılmaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar