Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlalın 22 illik ərliyi niyə burnundan gəldi?

Problemin kökündə cahillik var, təhsilsizlik var, erkən və məcburi nigah var...

Təəccüb hissimizi tarixin tozlu rəflərində buraxıb sürətlə keçid etdiyimiz postmodern dünyada artıq illərdir ki, gördüyümüz, eşitdiyimiz heç bir hadisəni dəhşət içində qarşılamırıq. Ancaq elə hadisələr var ki, beynimizi bir neçə gün məşğul etməyi bacarır.

Bir neçə il bundan əvvəl Türkiyənin Samsun vilayətində heyvandarlıqla məşğul olan bir kişi bütün heyvanlarını satıb arvadını plastik əməliyyat etdirmişdi.
Gözəlləşəndən sonra qadın ərini və 3 uşağını da qoyub İstanbula qaçmışdı. O vaxt Türkiyədə baş verən bu cür hadisələr mənə qəribə gəlirdi. Bəlkə elə ta əzəldən bizdə də olub bu cür ailə dramları, amma teleməkana ayaq aça bilmədiyi üçün kənd, qəsəbə, məhəllə çərçivəsindəcə qalıb. Nə vaxt ki, axtarış, ağlaşma proqramları teleməkana ayaq açdı o gün bu gündür ki, evlərdə nə ailə qaldı, nə də sirr. Bu verilişlərdə tərk edilən uşaqlar, evdən qaçan qadınlar, ailə içi dələduzluq, uşağının başqasından olduğunu öyrənən kişilər, ərini, arvadını, qonşusunu öldürüb proqrama çıxan adamlar... Saymaqla bitmək bilməyən rəzilliklər üzərində hazırlanan verilişlər Azərbaycanda nəinki ailə dəyərlərini, bildiyimiz bütün mənəvi dəyərləri alt-üst etmiş vəziyyətdədir. Məlum məsələdir ki, televiziyalara insan həyatları, insanların aldığı travmalar əsla maraqlı deyil. Onlar üçün insanların faciələri reytinq materialıdır.

Ən acınacaqlısı da odur ki, adamlar bu cür verilişlərə çıxıb özünü 10 milyona biabır etmək üçün günlərlə, aylarla növbəyə dururlar. Hətta pul təklif edənləri də var.

Uzun-uzadı bu verilişlərin mahiyyətindən, cəmiyyətə vurduğu zərərlərdən yazmaq fikrim yoxdur. Çünki heç nəyi dəyişə bilmirik. Dəyişmək üçün cəmiyyət silkələnməlidir. Bunu istəməyən bir cəmiyyət üçün çənə, barmaq yormağa ehtiyac yoxdur.

Dünəndən sosial şəbəkələrdə cəlilabadlı Cəlalın dramı müzakirə mövzusudur. Onun burnunu bəyənmədiyi üçün 22 il sonra evdən qaçan xanımı Aygün Bakıya gəlib.

Gülsəkmi, ağlasaqmı, bilmirəm. Mənim bildiyim şey bircə odur ki, problemin kökü isə əsla kişinin burnunda deyil. Problemin kökündə cahillik var, təhsilsizlik var, erkən və məcburi nigah var. Qadına baxın, kişiyə baxın.

Ehtimal ki, aralarındakı yaş fərqi çoxdur. Cəlal deyir ki, Aygünün qardaşı bacısını ona əmanət edib. Elə bu iki cümləlik açıqlamadan bəllidir ki, bu qadını Cəlala zorla ərə veriblər. Sevgisiz, hissiz, hörmətsiz, zorla qurulan ailələrin dağılması üçün bir əyri burun da kifayətdir. Qızlarını oxutmağı, peşə sahib etməyi düşünmədən varlı ər axtarışına çıxan ailələrin qızları əlbəttə ki, 10-20 il sonra qoz qabığını doldurmayacaq səbəblərə görə evdən qaçacaq, boşanacaq. 15-16 yaşında bir uşağı özündən 15 yaş böyük adamlara ərə verib, 3 uşaq anası edərsəniz, həyatdan nə gözlədiyini anlayacaq yaşa gəldiyi zaman o qadın, əlbəttə, qaçacaq. Nəticədə insandır. Həyatının əllərinin arasından sürüşüb itməsinə göz yuma bilmir. Göz yuma bilənlər də var. Amma üsyan edib həyatını dəyişmək şansını qaçırtmayanları da qınamaq olmur. Cəmiyyət olaraq hər zaman qınamağa meyilli olduğumuz üçün çox güman ki, evdən qaçan Aygünün qadınlara pis örnək olduğunu düşünürük. Haqlıyıq da. Amma bu örnəyin memarları da var axı. “Qızın gözü açılamamış ərə vermək lazımdır” düşüncəsi ilə hərəkət edən atalar, “Qız yükü - duz yükü” atalar misalına söykənən analardır bu mənzərənin memarı.

Yanlış anlamayın, əsla evdən qaçan qadını müdafiə etmirəm. Mövcud problemin kökündə yatan əsl faciənin mahiyyətini anlamağa səsləyirəm cəmiyyəti. Qızlarınıza təhsil verin, qızlarınızı sevin. Onlarla əşya kimi, satılacaq mal kimi davranmayın. Onlar sizin kapitalınız deyil. Bu gün bir kişi, bir neçə uşaqla 10 milyonun gözü qarşısında sınırsa, bu, valideynlərin əsəridir.

Günel Musa

pia.az


Etiket: Cəlal burun


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay