Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün dünyada xəritə dəyişəcək - Politoloq

Yaxın Şərqdə baş verənlər yeni qlobal qarşıdurmaya çevrilə bilərmi...

Kənan Novruzov: “İsraillə HƏMAS arasındakı müharibə İsraillə HƏMAS arasında olan müharibədir. Amma İsraillə Fələstin arasında olan münaqişədir”.

“Əslində indi dünyada proksi-müharibə gedir. Yəni böyük dövlətlər kiçik dövlətlərin əli ilə regionda öz hegemonluqlarını təmin etməyə çalışırlar”.

Bu sözləri politoloq Kənan Novruzov Yaxın Şərqdə baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Qəzzada xəstəxanaya endirilən raket zərbəsi dünyanın balansını bir qədər də pozub. İsrail hadisənin məsuliyyətini üzərindən atır. Bəzi rəylərə görə, bu, üçüncü tərəfin işidir, ortalığı daha da qızışdırmaq üçün edilib. İsrail də iddia edir ki, xəstəxanaya raketi “İslami Cihad” təşkilatı atıb. İstənilən halda, bu hadisə dünyada, əsas da müsəlman ölkələrində İsrailə qarşı böyük qəzəb yaradıb. Dünən BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda isə ABŞ İsrail əleyhinə olan qətnaməni veto edib.

Baş verənlər yeni qlobal qarşıdurmaya çevrilə bilərmi və Yaxın Şərqdəki qüvvələr nisbəti hazırda necə görünür?

Yaxın Şərqin gələcək taleyini Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Təsadüfi deyil ki, artıq İsraillə Livan arasında toqquşma başlayır. Hesab edirəm ki, bir azdan sonra bu müharibəyə Misir və başqa ölkələr də qoşulacaq”.

Yaxın Şərqdə müharibənin tez bir zamanda başa çatmayacağınıı düşünən politoloq qeyd edib ki, böyük ehtimalla müharibənin miqyası hələ genişlənəcək:

“İsraillə HƏMAS arasındakı müharibə İsraillə HƏMAS arasında olan müharibədir. Amma İsraillə Fələstin arasında olan münaqişədir. Hal-hazırda İsraillə Fələstin arasında müharibə getmir.

Əslində indi dünyada proksi-müharibə gedir. Yəni böyük dövlətlər kiçik dövlətlərin əli ilə regionda öz hegemonluqlarını təmin etməyə çalışırlar. Biz bunu əvvəlcə Şərqi Avropada və Yaxın Şərqdə müşahidə edirik. Əlbəttə ki, HƏMAS-la İsrail arasında davam edən müharibə təkcə həmin tərəflərin öz maraq toqquşması deyil. Burada eyni zamanda böyük güclərin, o cümlədən ABŞ-ın, İranın, Rusiyanın maraqları var.

Kənan Novruzov: “Ola bilsin ki, ABŞ yenə də dirijorluq edir və artıq Rusiya, İranla haqq-hesabı çürütməyi qərara alıb”.

Bir tərəfdən müharibə Rusiyaya sərf edir. Çünki Qərbin diqqəti Yaxın Şərqə yönəlir. Əgər belə davam edərsə, ABŞ-ın Ukraynaya dəstəyi azala bilər. Bu da Rusiyaya sərf edir. İkinci bir tərəfdən ola bilsin ki, ABŞ yenə də dirijorluq edir və artıq Rusiya, İranla haqq-hesabı çürütməyi qərara alıb. Çünki artıq ərəb dövlətləri ilə müharibə gedir və ərəb dövlətləri hədəf seçilib.

Təsadüfi deyil ki, artıq İsraillə Livan arasında toqquşma başlayır. Hesab edirəm ki, bir azdan sonra bu müharibəyə Misir və başqa ölkələr də qoşulacaq. Yəni, müharibənin Yaxın vaxtda başa çatacağını düşünmürəm. Böyük ehtimalla müharibənin miqyası hələ genişlənəcək. Bir müddətdən sonra hamı aydın görəcək ki, Yaxın Şərqdəki vəziyyətlə Şərqi Avropadakı vəziyyət bir-birinə sıx bağlıdır. Artıq böyük güclər öz tərəflərini seçməli olacaqlar. Bundan sonra nəyinki konkret regionlarda, bəlkə də, bütün dünyada xəritə dəyişəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib -Yenilənib

Ən çox oxunanalar