Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün bu işləri eləyən Xəzər prokuroru Fəxri Ələsgərovdur” – Türkandakı şərləmə əməliyyatının sensason təfərrüatları

“Axı Natiq Məhəmmədsoy neyləyib? Niyə onu şərləyir prokuror? Biz vəkil axtarmışıq, o da bizim evin əziz qonağı kimi kömək edib. Biz çağırmışıq, ondan kömək istəmişik, o da kömək eləyib. Buna görə onu niyə şərləyirsiz”

Bu sözləri keçirdikləri mətbuat konfransında Bakının Türkan qəsəbəsinin sakini 81 yaşlı Əzizəxanım Atayeva deyib. Konfransda 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Tamara Süleymanova və Natiq Məhəmmədsoy da iştirak ediblər.

Türkanda 81 yaşlı Əzizəxanım Atayevaya və 91 yaşlı Xumara Şabanovaya məxsus torpaq sahələri saxtakarlıqla ələ keçirilib. Bu məsələ araşdırılarkən ümumilikdə Türkan qəsəbəsində torpaq mafiyasını böyük cinayətlərini üzə çıxarıb. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində iş üzrə cinayət işi davam edir. Türkan qəsəbə nümayəndəsi işləmiş Rahil Babayev, sabiq deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və Çingiz Səfərov həbsə alınıblar. Bundan başqa Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Tural Zeynalov torpaqlara saxta sənəd verməsi şübhəsi ilə həbs olunub.

Əzizəxanım Atayeva mətbuat konfransında deyib ki, onlar torpaqlarının ələ keçirilməsi ilə bağlı ilkin olaraq Xəzər Rayon Prokurorluğuna şikayət ediblər: “Bizi orada dinləmək belə istəmirdilər. Deyirdilər sakit dayanın, biz nə sual versək cavab verin. Bizə danışmağa belə imkan vermirdilər. İşə də baxmırdılar. Ona görə də Natiqdən xahiş elədik. O bizim evin adamıdır. Oğlumla dostdurlar, o mənim oğlumdur, oğluma qardaşdır. Ondan biz ağbirçək ana kimi xahiş elədim ki, bizə kömək eləsin, vəkil tapaq. O da bizə kömək elədi. Bundan sonra Natiqi 1-ci polis bölməsinə çağırdılar. Bütün bu işləri eləyən Xəzər prokuroru Fəxri Ələsgərovdur. O, dövlətin gücündən öz şəxsi maraqlarına görə istifadə eləyir. Polislə bizi üz-üzə qoyur. Natiqə demişdilər ki, bizə kömək eləməsin. Mən bunu bilədən sonra Natiqə dedim ki, oğlumsan, dayan kənarda, sənə nəsə olmasın. 2 ay keçib, təzədən Natiqi şərləyirlər. Gedib Qala kəndinə maşın ustasına. Düşüblər üstünə, əlinə qandal vurublar, maşınını əlindən alıblar. Sonra da evində axtarış aparıblar. Babasının atasından qalan ov tüfəngini götürüblər, evə də narkotik atıblar. Maşını da narkotik atıblar. Bütün bunlar bizə kömək etdiyinə görə olub. Natiqi şərləyiblər. Baş prokuror Kamran Əliyevə müraciət edirəm, şərləməyə son qoysun”.
Natiq Məhəmmədsoyun anası 80 yaşlı Tamara Süleymanova prezident İlham Əliyevə, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edib, deyib ki, oğlu həmkəndlilərinə kömək etdiyinə görə şərlənib: “Natiq 3 uşaq atasıdır. O narkotikdən, içkidən uzaq adamdır. Bunu Türkanda bilməyən yoxdur. O, Əzizəxanımla Xumaranın torpaqları zəbt olunduğuna görə kömək eləyib. Bu da prokuror Fəxri Ələsgərovun xoşuna gəlməyib. Ona görə də polisin əli ilə oğlumu tutdurub. Biz cənab prezidentdən, Mehriban xanımdan kömək istəyirik. Qoy baş prokuror Kamran Əliyev bu işi özü araşdırsın”.

Natiq Məhəmmədsoy deyib ki, onu Əzizəxanım Atayevaya və Xumara Şabanovaya vəkil tapmaqda kömək etdiyinə görə şərləyiblər: “Bu işlərin arxasında dayanan Xəzər prokuroru Fəxri Ələsgərovdur. Dövlətin gücündən istifadə edib öz şəxsi maraqlarını təmin edirlər. Mən Xumara ana ilə Əzizəxanıma vəkil tapmaqda kömək etdim. Çağırıb dedilər ki, səni şərləyib tutacağıq. Çəkilib kənarda dayandım, yenə də əl çəkmirlər. Qalaya maşın ustasına getmişəm, məni də orada tutublar. Maşınımı götürüb özləri sürüb. Evimdə axtarış aparıblar. Bütün kənd məni tanıyır, hamı bilir ki, mən narkotikdən, içkidən uzaq adamam. Evə, maşınıma narkotik qoydular, evdə babamın atasından qalma bir yadigar tüfəng vardı, onu götürdülər. Sonra da bir silahı əlavə maşınıma qoydular. Özümə də dedilər ki, səni sanksiyaya aparanda deyərsən ki, bütün bunlar mənimdir. Mən də dedim ki, babamdan qalan tüfəng mənimdir, qalanı mənlik deyil”.

Natiq Məhəmmədsoy baş prokuror Kamran Əliyevə müraciət edərək onunla bağlı cinayət işinin şəxsi nəzarətinə götürülərək Bakı Şəhər Prokurorluğunda istintaq olunmasını xahiş edib.

Konfransdan sonra iştirakçılar Baş Prokurorluğa yollanıblar. Ərizə və şikayətlərini qurumun şöbə müdiri Eldar Sultanova təqdim ediblər. Əzizəxanım Atayeva deyib ki, şöbə müdiri onları dinləyib və baş verənlərlə bağlı baş prokurora məruzə edəcəklərini bildirib.

 

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay