Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bulvardakı xoşagəlməz mənzərə: “Tərtər İlkin”, “Tovuz”, “Bərdəli balası”, “Sona”, “Bomba bala” və daha nələr

Dənizkənarı Bulvardakı xarici ölkələrindən gətirilmiş bahalı ekzotik bitkilərdən olan kaktus ağacları kəsici-deşici alətlərlə zədələnib, ağacların gövdələrində müxtəlif yazılar həkk olunub.

virtualaz.org xəbər verir ki, “Park Bulvar” Ticarət və İstirahət Mərkəzinin yaxınlığında, yolun ortasında cərgə ilə əkilmiş böyük kaktus ağaclarına bu cür zərər vurulması əslində, illərdir davam edir. Bu barədə fotolar da sosial şəbəkələrdə yayılıb, görünən odur ki, vəziyyət hələ də dəyişməyib. Dənizkənarı Milli Parkda gəzintiyə çıxanlar hələ də öz adlarını, yaxud sevgililərinin və ya doğulduqları kəndlərin adlarını dəyəri on minlərlə dollar olan bu ekzotik ağaclara həkk edirlər. Belə yazılar daha çox kaktusların enli yarpaqlarında gözə dəyir. Dənizkənarı Milli Parkın məsuliyyətsiz və mədəniyyətsiz ziyarətçilərinin ucbatından indi həmin kaktusların yarpaqlarında salamat yer qalmayıb.

Baxmayaraq ki, parka xüsusi gözəllik verən kaktusların qorunması üçün ətrafına dəmir hasarlar çəkilib. Mövsümlə əlaqədar hazırda ağacların üzəri xüsusi örtüklərlə qapadılıb. Amma örtüklər belə kaktusların hansı vəziyyətdə olduğunu gizlədə bilmir.

Ağacların üzərinə güman ki, bıçaqla telefon nömrələri, müxtəlif adlar, eləcə də rayon adları, məsələn, “Tərtər İlkin”, “Tovuz”, “Bərdəli balası”, “Gəncə”, Sona”, “Bomba bala”, “Sevgimiz ölmür”, yaxud sevdiyi qızın adının baş həriflərini həkk ediblər. Gövdəsinin aşağı hissələri də kəsici alətlərlə deşilib.

Kaktusların qəsdən bu cür zədələnməsi sosial şəbəkələrdə də tənqid edilib. İstifadəçilər qeyd edirlər ki, illərdir bununla bağlı dəfələrlə paylaşımlar edilib, lakin qarşısını almaq mümkün olmur. Buna görə də ağaclara bilərəkdən zərər vuranlara qarşı sərt tədbirlər həyata keçirilməlidir, üstəlik bu tədbirlər cərimələrlə yekunlaşmamalıdır. Həmin şəxslər ictimai işlərə, ən yaxşı halda bir həftə ərzində bulvarın təmizlənməsinə cəlb edilməlidirlər, video görüntülərlə həmin şəxsin kimliyi aşkara çıxarılmalıdır. Bulvar ərazisi kameralarla izlənilir, kaktuslara zərər vuranları müəyyənləşdirmək çətin deyil.

Bulvar İdarəsinin bitkilərə qulluq edən əməkdaşlarından biri ilə söhbətləşirik. O deyir ki, bitkilərə zərər vuranların əksəriyyəti yeniyetmələrdir, hansı ki, onlara valideynləri belə çətin nəzarət edə bilirlər.

“Tək turistlər deyil, elə yerlilər də kaktuslara görə təəssüf edirlər. Axı, bu bitkilərə dəymiş zərəri geri qaytarmaq mümkün deyil. Bir dəfə davranışı ilə bağlı birinə irad bildirdim, yanındakı qız güclə sakitləşdirdi, yaşıma da hörmət qoymurdu. İndi mühafiə xidmətinin əməkdaşlarına xəbər veririk, bəzilərinə mədəniyyət başa salmaq çətindir”, - müsahibimiz belə deyib.

Bulvarda 56 minə yaxın ekzotik bitkilər var. Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva virtualaz.org-a bildirib ki, kaktuslar Türkiyə, İtaliya, İspaniya, Amerika və Hollandiyadan gətirilib.

“Kaktuslar öz ölkələrinin iqlim xüsusiyyətlərinə uyğun əkilib. Abşeron subtropik zonadır, bitkilər ilin 10 ayında suvarma, qulluq tələb edir. Soyuq havalarda şaxtadan, küləkdən qorumaq üçün üzəri xüsusi örtüklərlə qapadılır”,-K.İmamverdiyeva deyib.

İdarə əməkdaşı bildirib ki, bulvarın mühafizə xidməti var, ziyarətçilərə bitkilərə zərər vurulmaması, qaydalara riayət edilməsi ilə bağlı məlumatlar verilir. Lakin bununla belə ekzotik ağacları zədələyənlər tapılır.

“Daxili İşlər Nazirliyinin əməkdaşları da parkda xidmət edirlər, lazım gəldikdə onlara məlumat veririk. Bitkilərə fiziki zərər vuranlara qarşı tədbir görülür”, - o deyib.

K.İmamverdiyeva kaktusların qiyməti, o cümlədən indiyədək vurulan zərərlə bağlı sualları cavablandırmayıb.

Lakin bir neçə il əvvəl yerli mətbuatda dərc edilmiş araşdırmadan məlum olurdu ki, Dənizkənarı Milli Parkda xaricdən gətirilin əkilən ekzotik ağaclara dövlət büdcəsindən 50 milyon manat xərclənib. Bu ağaclardan ən bahalılarından biri babobab ağacıdır ki, onun da qiyməti o vaxt 30 min manat (1 dollar 0.78 AZN olanda) idi. Hantorriya, palma və başqa ağacların isə hərəsinin 5-6 min qiyməti var. Digər ağacların isə hər biri dövlətə 10-15 min avroya başa gəlmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar