Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu texnikanı sərhədə cəmləşdirməkdə məqsəd nədir? - Yeni kadrlar yayıldı

Rusiya ordusunun Ukrayna sərhədləri boyu irimiqyaslı cəmləşməsi davam edir. virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan yeni görüntülər bu cəmləşmənin məqsədinin Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə olduğuna dair narahatlıqları daha da artırıb. Belə ki, Ukrayna sərhədləri yaxınlığındakı Klintsov rayonu ərazisindəki səhra düşərgəsinə çoxsaylı mühəndis texnikasının cəmləşdirildiyinə dair kadrlar yayılıb. Həmin texnika ancaq cəbhə xəttini yarmaq üçün istifadə edilə bilər və onların sərhədə cəmləşdirilməsini başqa heç nə ilə əsaslandırmaq mümkün deyil.

Kadrlara əsasən Rusiya qoşunlarının Klintsov ətrafındakı səhra düşərgəsinə TMM-3 ağır mexanikləşdirilmiş körpüləri, EOV-421 ekskovatorları, PTS-4 tırtıllı traktorları, UR-77 “Meteroit” özüyeriyən reaktiv mina təmizləmə qurğuları, İMR-3M maneələri təmizləmə mühəndis maşınları və digər mühəndis texnikası cəmləşdirilir. O cümlədən çoxsaylı zirehli döyüş texnikasını daşıyan dəmir yol eşalonları sərhədə tərəf hərəkət edir. Həmin istiqamətdə ağır mexanikləşdirilmiş körpülərin tətbiq edilə biləcəyi çaylar ancaq Ukrayna və Belarusla sərhədlərdən keçir. Bu baxımdan Rusiya ordusunun həmin texnikanı Klintsov istiqamətinə cəmləşdirməsi Ukrayna üzərinə hücuma hazırlıqlara dəlalət edən daha bir faktdır.

Rusiya mənbələri Klintsov rayonundakı səhra düşərgəsində 20 minədək canlı qüvvənin cəmləşdirildiyini bildirir.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna sərhədləri boyu 100 batalyon-taktiki qruplaşması, yaxud 175 minə yaxın canlı qüvvə cəmləşdirdiyini, hücumun yanvarın sonlarında və ya fevralın əvvəllərində başlaya biləcəyini bildirib.

Lakin bəzi KİV-lər hücumun daha tez başlayacağını iddia edir. Böyük Britaniya kəşfiyyatının nümayəndələri istisna etmir ki, Kreml hücum əmrini yaxın günlərdə, dekabrın sonlarında verə bilər. “Daily Star” qəzeti bu haqda yazır və bildirir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu informasiyanı şərh etmək istəməyib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır

Ən çox oxunanalar