Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

“İctimai nəqliyyatda qiymətlər artdıqdan sonra onlarla insan güzəşt edilməsi ilə bağlı mənə müraciət edib”...

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev ARB telekanalına müsahibəsində deyib.

O, sosial şəbəkələr üzərindən araşdırmalar apardığını bildirib.

Sitat: “Dünyanın bir çox ölkələrində tələbələr, həssas təbəqə və yaşlı insanlar üçün güzəştlər nəzərdə tutulur. Elə qonşu Türkiyədə də bu praktikadan geniş istifadə olunur. Mənə elə gəlir ki, bu gün Azərbaycanda həssas təbəqələrdən biri yaşlı insanlar, ikincisi də tələbələrdir. Ona görə də, tələbələrə 50 faiz güzəşt, yaşlılara üçün isə pulsuz nəqliyyatdan istifadə etmə imkanları yaradılmalıdır. Hamımız bilirik ki, yaşlı insanların qayğıya ciddi ehtiyacı var”.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Vahid Əhmədov həmkarının fikirləri ilə razı olduğunu bildirib:

“Avtobus və metroda gedişhaqqı artırıldıqdan sonra güzəşt məsələsi gündəmə gəldi. Əslində, dünya təcrübəsində də bu var. Bazar iqtisadiyyatı sistemində belə məsələlər bir o qədər də müsbət qəbul olunmur. Əlbəttə, mən də istərdim ki, tələbələr, yaşlı insanlar üçün müəyyən vəsiqələr verilsin ki, onlar da nəqliyyatdan pulsuz istifadə edə bilsinlər. Məsələyə müsbət yanaşıram. Amma bunu etmək üçün mütləq mənbə göstərilməlidir. İkincisi də hesablama aparılmalıdır ki, bunun üçün nə qədər vəsait tələb olunduğu dəqiq bilinsin”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay