Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu narazılıq söhbəti hardan çıxıb, bilmirik” - Maksim Medvedev

UEFA Millətlər Liqası çərçivəsində sabah millimiz Lüksemburqla qarşılaşacaq. Bununla bağlı mətbuat konfransı keçirilib.

Azərbaycan millisinin kapitanı Maksim Medvedevin fikirlərini təqdim edirik:

“Yeni baş məşqçimiz var. Vaxtımız az olduğu üçün gündə iki dəfə məşq keçirdik. Baş məşqçi ən doğrusunu etməyə çalışırdı. Yeniliklərə uyğunlaşmağa çalışdıq. Artıq təcrübəm var, 30 yaşdayam, sıx qrafiklə oynamaqla bağlı problem yoxdur.

Heç kim ağır məşqlərə etiraz etməyib. Peşəkar futbolçu deməz ki, sənin məşqin ağırdır. Ola bilsin ki, məşqlərin vaxtı bölünsün. Komandanın oyun problemi var. Onları aradan qaldırmaq üçün intensiv məşqə ehtiyacımız var idi. Bu söhbətin haradan çıxdığını bilmirik. Futbolçularla öz aramızda da müzakirə etmişik. Bu, doğru məlumat deyil.

Lüksemburq yığması və klubları tam fərqlidir. Onların klublarında oynayan futbolçuların əksəriyyəti daxili çempionatda iştirak edirlər. Amma cəmi 3-4 yerli liqada oynayan oyunçu milliyə çağırılır. Təcrübəli futbolçuları var. Onların yığmasının bəzi videolarına baxmışıq, oyuna hazırıq. Bu o demək deyil ki, biz onlardan zəifik. “Qarabağ” böyük komandalara qarşı oynayır. Millinin də 30 faizi bu klubun oyunçularıdır. Deməyim odur ki, Lüksemburqun futbolçuları Avropa klublarında oynayır. Ancaq bu o demək deyil ki, onlardan çəkinməliyik”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 20:00-da başlayacaq.(Oxu.az)

pia.az


Etiket: Maksim Medvedev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay