Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu Azərbaycana heç nə qazandırmayacaq” – Politoloq

Azərbaycanın Rusiyaya daha çox yaxınlaşması və Avrasiya İqtisadi Birliyinə inteqrasiyası mümkün görünürmü?..

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Prezidentin avrointeqrasiyadan imtina haqqında fikirləri hakimiyyətin gələcək prespektivi ilə əlaqəli bir məsələdir. Çünki məsələnin məhz indiki məqamda ortaya çıxması və bu açıqlamanın məhz indiki məqamda verilməsi təbii ki, təsadüfən deyilmiş bir fikir kimi başa düşünülməməlidir”.

“Görünür Avropa Birliyindən, bütövlükdə Qərb dünyasından Azərbaycan hakimiyyətindən hansısa istəklər var. Bu istəkləri də mövcud iqtidar yerinə yetirə bilmir. Ona görə də bu cür açıqlamalarla Avropaya da müəyyən mənada mesaj verildi”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Azərbaycan prezidenti İlham Əliyevin avrointeqrasiyadan imtina haqqında fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki çıxışında Azərbaycana qarşı olan beynəlxalq birliyi, ölkə müxalifətini, Ermənistanla əməkdaşlıq edən islam dövlətlərini tənqid edib. Dövlət başçısı ölkənin Avropaya inteqrasiya etməyəcəyini bildirib.

Halbuki, Azərbaycan Avropa İttifaqı və NATO ilə əməkdaşlıq edir, Avropa Şurasının üzvüdür. Hətta 2015-ci ildə birinci Avropa Oyunları Azərbaycanda keçirilib. Bu ölkə 2011-ci ildə Avraviziya mahnı yarışının qalibi olub və 2012-ci ildə bu yarışlara ev sahibliyi edib.

Çıxışı zamanı xarici qüvvələrin ünvanına tənqidlər səsləndirən dövlət başçısı Qərb ölkələrinə yönəlib.

“Demokratiya beşikləri müsəlman miqrantları qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox”.

Prezident Azərbaycanda hüquq və demokratiyanın pozulması barədə Qərbin tənqidlərini də inkar edib.

“Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ?”, Əliyev bildirib.

Bu bəyanatdan sonra Azərbaycanın Rusiyaya daha çox yaxınlaşması və Avrasiya İqtisadi Birliyinə inteqrasiyası mümkün görünürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Bildiyimiz kimi hakimiyyətin balans siyasəti var ki, bu da Rusiya ilə Qərb arasında bərabər məsafənin saxlanması ilə əlaqəlidir. Azərbaycan heç bir zaman tərəflərdən birinə seziləcək qədər üstünlük vermir ki, qarşı tərəflərin təzyiqinə məruz qala bilər”.

Bir neçə gün öncə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın paytaxtı Moskvaya səfər etdiyini xatırladan politoloq PİA.az-a açıqlamasındı bildirib ki, bu hadisə ardınca da dünən YAP-ın Siyasi Şurası tərəfindən Milli Məclisin buraxılması ilə bağlı siyasi qərarıın verilməsi onu göstərir ki, hakimiyyətin içərisində çox ciddi siyasi dəyişikliklər baş vermək üzrədir:

“Əvvəla onu qeyd edim ki, heç bir zaman Azərbaycandakı mövcud hakimiyyət Qərbə inteqrasiya siyasəti yürütməyib. Doğrudur Qərb dünyası, o cümlədən Avropa Birliyi ilə əməkdaşılıq kontekstində siyasət yürüdülür və qarşılıqlı maraqlar kontekstində bu əməkdaşlığın davam etdirilməsi siyasəti aparılır. Amma heç bir zaman hakimiyyət Qərbə inteqrasiya xəttinə üstünlük verməyib.

Bildiyimiz kimi hakimiyyətin balans siyasəti var ki, bu da Rusiya ilə Qərb arasında bərabər məsafənin saxlanması ilə əlaqəlidir. Azərbaycan heç bir zaman tərəflərdən birinə seziləcək qədər üstünlük vermir ki, qarşı tərəflərin təzyiqinə məruz qala bilər. Yəni bu Azərbaycanın xarici siyasətində əsas nəzərə alınan siyasətdir.

Düşünürəm ki, Prezidentin avrointeqrasiyadan imtina haqqında fikirləri hakimiyyətin gələcək prespektivi ilə əlaqəli bir məsələdir. Çünki məsələnin məhz indiki məqamda ortaya çıxması və bu açıqlamanın məhz indiki məqamda verilməsi təbii ki, təsadüfən deyilmiş bir fikir kimi başa düşünülməməlidir. Prezidentin bu açıqlaması bir mesajdır. Düşünürəm ki, bu mesaj həm Avropa Birliyinə - Qərb dünyasına, həm də Rusiyaya verilən mesajdır.

Natiq Miri: “Birmənalı olaraq Rusiyaya edilən yaxınlaşma Azərbaycanın balans siyasətinə zərər verə bilər”.

Bir neçə gün öncə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın paytaxtı Moskvaya səfəri oldu. Azərbaycanın birinci vitse-prezidenti Moskvada prezident səviyyəsində qarşılandı. Hətta təltif olundu. Bu hadisə ardınca da bu gün YAP-ın Siyasi Şurasında Milli Məclisin buraxılması ilə bağlı siyasi qərarın verilməsi onu göstərir ki, hakimiyyətin içərisində çox ciddi siyasi dəyişikliklər baş vermək üzrədir. Düşünürəm ki, bu da gələcəkdə hakimiyyətin elə hakimiyyət içində ötürülməsi prosesinə rəvac verdiyini göstərir.

Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı son prezident səviyyəsində verilən açıqlamanı da təxminən bu kontekstdə dəyərləndirmək lazımdır. Görünür Avropa Birliyindən, bütövlükdə Qərb dünyasından Azərbaycan hakimiyyətindən hansısa istəklər var. Bu istəkləri də mövcud iqtidar yerinə yetirə bilmir. Ona görə də bu cür açıqlamalarla Avropaya da müəyyən mənada mesaj verildi. Amma bu mesajı birmənalı olaraq Rusiya ilə yaxınlaşmaq kimi də dəyərləndirmək olmaz. Çünki birmənalı olaraq Rusiyaya edilən yaxınlaşma Azərbaycanın balans siyasətinə zərər verə bilər. Bu da gələcək prespektivdə Azərbaycan hakimiyyətinin bir çox problemlərlə üzləşə biləcəyini göstərir.

Natiq Miri: “Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Azərbaycanın Rusiyaya yönəlik bu cür strateji atacağını düşünmürəm. Çünki bu Azərbaycana heç nə qazandırmayacaq”.

Düşünürəm ki, Azərbaycan hakimiyyəti qətiyyən Qərb dünyasını qarşısında görmək istəmir. Çünki Azərbaycanla Qərb dünyasının münasibətləri tamamilə korlanarsa, gələcəkdə Azərbaycan hakimiyyəti ciddi sanksiyalarla üzləşə bilər. Buna görə də hesab edirəm ki, bunlar hamısı müvəqqəti xarakter daşıyır. Azərbaycanın Rusiyaya yönəlik bu cür strateji atacağını düşünmürəm. Çünki bu Azərbaycana heç nə qazandırmayacaq. Bu Azərbaycana Dağlıq Qarabağ kimi həyatı məsələ olan problemin həllinə rəvac verməyəcək. Həmçinin Azərbaycanın digər problemlərini də həll etməyəcək. Çünki əgər həll etmiş olsaydı, 27 il ərzində Azərbaycan bu cür siyasi qərarlarla bu problemləri çoxdan həll etmiş olardı.

Bir daha qeyd edim ki, bu cür açıqlamanın əsas səbəblərindən biri hakimiyyətin içində hakimiyyətin ötürülməsi prosesinə rəvac verilməsi ilə bağlıdır. Görünür bu yöndə artıq Rusiyadan ciddi razılıq alınıb. Amma strateji baxımdan məsələyə baxanda görünür ki, bu hakimiyyət Qərbə inteqrasiya xəttini heç vaxt götürməyib. Bu yöndə də heç zaman açıqlama olmayıb”.

Nərminə UMUDLU

pia.az


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar