Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞTİ: "Məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur"

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin çoxunda müşahidə kameraları və mühafizə xidmətləri var. Odur ki, hansısa məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, belə hal olubsa da məktəbdən kənar baş verə bilər: "Bununla bağlı da hüquq-mühafizə orqanları məşğul olur".

M.Vəliyeva valideynlərə müraciət edərək deyib ki, övladlarına qarşı diqqətli olsunlar: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdini naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib. Bildirilib ki, məktəbin ön kamerası işləmədiyindən küçədə olan digər müşahidə kameralarından şagirdi qaçırmaq istəyən şəxsin avtomobilinin markasını təyin etmək mümkün olub.

Artıq azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb

Azərbaycan Premyer Liqası: "Neftçi" – "Turan Tovuz" matçında qalib müəyyənləşməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay