Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya “Vaqner”i terror təşkilatı kimi tanımağa hazırlaşır...

Böyük Britaniya hökuməti “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək, müvafiq qanun layihəsi tezliklə parlamentə təqdim olunacaq...

Poliqon xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Suella Braverman deyib.

“Vaqner"in davam edən sabitliyi pozan fəaliyyəti yalnız Kremlin siyasi məqsədlərinə xidmət edir. Onlar terrorçudurlar”, deyə xanım Braverman bildirib.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, “Vaqner”in Ukrayna və Afrikadakı fəaliyyəti “qlobal təhlükəsizliyə təhdid yaradır”.

“Vaqner” Böyük Britaniyada terror təşkilatı kimi tanındıqdan sonra şirkətə hər cür dəstək və onun fəaliyyətinin ictimaiyyət tərəfindən bəyənilməsi cinayət məsuliyyəti daşıyacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir. Böyük Britaniyada terrorçu kimi tanınan qrupun simvollarını geymək 5000 funt-sterlinqə qədər (6300 dollar) cərimə və ya 6 aya qədər həbslə cəzalandırılır.

Britaniya hakimiyyətinin "Vaqner"i terrorçu təşkilatlar siyahısına daxil etmək niyyətində olması yazda məlum olub. Bununla belə, “The Times” qəzetinin yazdığına görə, Britaniya hakimiyyəti iyunun sonunda uğursuz “Vaqner” üsyanından sonra məsələni dayandırıb. Qəzet belə bir qərarın Rusiya prezidenti Vladimir Putinin şirkətin Rusiya büdcəsindən maliyyələşdiyi barədə bəyanatından sonra verildiyini yazıb. Bundan sonra Britaniya hakimiyyəti mümkün hüquqi və diplomatik riskləri daha ətraflı öyrənmək qərarına gəlib.

Hazırda “Vaqner” yalnız Litvada terror təşkilatı kimi tanınır. Kanada və Fransa parlamentləri hökumətləri də eyni şeyi etməyə çağırıb. “Vaqner”in terror təşkilatı kimi tanınması ehtimalı ABŞ tərəfindən nəzərdən keçirilsə də, sonda transmilli cinayət təşkilatı kimi müəyyən edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay