Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiyaları saxlayacaq

Böyük Britaniya, Fransa və Almaniya cümə axşamı günü ölkənin nüvə proqramı və ballistik raketlərin inkişafı ilə əlaqədar İrana qarşı sanksiyaları davam etdirəcəklərini açıqlayıblar...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyinin məlumatında bildirilir. Birgə bəyanatda ölkələr, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) olaraq da bilinən sazişə “İranın ardıcıl və ciddi şəkildə əməl etməməsinə birbaşa cavab” olaraq sanksiyaları davam etdirəcəklərini bildiriblər.

Qeyd olunur ki, sanksiyalar Tehran sazişin şərtlərinə “tam əməl edənə” qədər qüvvədə qalacaq.

Sanksiyaların müddəti oktyabrın 18-də başa çatmalı idi.

İran Xarici İşlər Nazirliyi öz növbəsində Avropanın qərarını əməkdaşlığa mane olacaq “qanunsuz, təxribat xarakterli hərəkət” adlandırıb.

Avropa tərəflərinin hərəkətləri, şübhəsiz ki, gərginliyin azaldılması və JCPOA tərəfləri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli mühitin yaradılması səylərinə mənfi təsir göstərəcək”, - IRNA xəbər agentliyi Xarici İşlər Nazirliyindən sitat gətirib.

Xatırladaq ki, İran, Britaniya, Almaniya, Çin, Fransa və Rusiya JCPOA-nı bərpa etmək üçün Vyanada bir neçə raund danışıqlar aparıblar. Danışıqlarda fasilə yaranıb və bu günə kimi də davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Ən çox oxunanalar