Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir yaşlı uşağın bağçada döyülməsi iddiası ilə bağlı rəsmi açıqlama - Foto, Yenilənib

Araşdırma gedir...

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddiası ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, körpələr evində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də ərazi üzrə polis orqanına hər hansısa bir müraciət daxil olmayıb.

Ancaq xəbər saytlarında dərc olunan iddialarla bağlı körpənin valideyni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

***

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddia olunur.

Bu barədə “Unikal”a azyaşlının anası Fidan Cavadova məlumat verib.

O bildirib ki, bir neçə gün öncə oğlunu Mingəçevir şəhərində yerləşən 15 saylı körpələr evində qoyub:

“Oğlum cəmi bir neçə gün həmin bağçaya getdi. Sonuncu dəfə onu bağçadan götürəndə qoluna müxtəlif xəsarətlər yetirildiyini gördüm. Tərbiyəçi boynuna almasa da, xəsarətlərin böyük adam tərəfindən yetirildiyi aydın şəkildə görünür. Bunu uşaq edə bilməz”, - deyə o qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ən çox oxunanalar