Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...” - Video

Azərbaycanda zaman-zaman aydı-ayrı məmurların şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı kobud davranışların, onlara qarşı haqsız münasibətlərin şahidi olmuşuq. Düşünürdük ki, Vətən müharibəsindəki böyük qələbədən sonra bir az da olsa vicdanı olan məmurların bu davranışı dəyişəcək. Onlara qarşı haqsızlıq edənlərin sayında kəskin azalma olacaq, hüquq-mühafizə orqanları belə məmurları vaxtında cəzalandıracaq.

“Yeni Sabah”ın bu yazının sonunda təqdim etdiyi video Masallı rayonunda çəkilib. Kənd sakini olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, çox kobud reaksiya ilə qarşılaşır. O, bələdiyyə sədrinin problemini nəinki həll etdiyini, əlavə problemlər yaratdığını da bildirir. Bələdiyyə sədri şəhid atasını təhqir etməkdən çəkinmir: “Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.

Sonra isə bələdiyyə sədri “mənim oğlum sənin oğlundan da betər yerdədir. Karona xəstəxanasında işləyir bütün günü” deyir. Bu təhqirlərdən sonra şəhid atası bələdiyyə sədri ilə mübahisəni kəsir.

Video hazırda Azərbaycanda şəhid ailələrinə qarşı olan ümumi münasibəti təbii ki, əks etdirmir. Amma çox təssüflər olsun ki, uzun illər eyni vəzifə tutan məmurlar özlərini prezident İlham Əliyevin ifadə etdiyi kimi “xan kimi” aparırlar. Hətta belə həssas bir dönəmdə də onlar az da olsa insanlıq nümayiş etdirmir və bununla da xalqı hakimiyyətdən narazı salırlar.

Masallı rayon İcra Hakimiyyətinin, aidiyyatlı dövlət qurumlarının şəhid atasının problemi ilə maraqlanacağını, kobudluq edən bələdiyyə sədrinə lazımı cəza veriləcəyini ümid edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Bıçaqlanmada ittiham olunan deputatlığa namizəd barədə cinayət işi açılıb – Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay