Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bazarlıq üçün sərhədi keçənlərin sayı günbəgün artır:Astara sərhəd keçid məntəqəsindən reportaj

“Gömrük 5 aydır ki, 24 saatlıq iş rejiminə keçib. Günün istənilən vaxtı İrana gedib-gəlmək olur “

Astara sərhəd keçid məntəqəsinin önündə duran nəzarətçi belə deyir. Onun sözlərinə görə, insanların çoxu alış-veriş məqsədi ilə gedir: “Gün ərzində İrana min nəfərdən çox adam keçir.Çoxu bazarlıq məqsədi ilə gedir.”

Pulumuz orda gündən-günə bahalaşır

İranın milli valyutası gündən-günə ucuzlaşır. Oradan yeni qayıdan Astara rayonun Ərçivan kənd sakini Faıq Dadaşoğlunun sözlərinə görə, İran bazarı Azərbaycan vətəndaşlarına əlverişli olub:

“Bizdə kərə yağı 15-18 manatadır. İranda 3 kilo kərə yağı aldım 18 manat verdim. Pulumuz orda gündən-günə bahalaşır. Ona görə çox şey ala bilirik. Bizim camaat orya dolanmaq üçün gedir. Hərə nə isə oradan gətirir, burada satır, 5-6 manat pul qazanır. Müalicəyə gedənlər də var. Amma onlar azdır. Görürsənmi, gündə bu tərəfə 1-2 iranlı geçə, ya da keçməyə. Novruz bayramında gəlirlər. Qalan günlərdə az gəlirlər. Bir yerə getsən, gərək pul xərcləyəsən. Hardandır pul? Ucuz başa gəldiyi üçün biz oradan mal gətiririk. İranlı burdan nə aparsın? Bizdə bahadır ona görə…”.

“ Onların körpüdə duran əsgərləri…”

Astara şəhər sakini Çingiz Məmmədov əlində tutduğu bağlamanı bizə göstərir:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Özümlə 30 manat aparmışdım, görün nə qədər mal almışam. Bu ayaqqabı bizdə 35-40 manatadır, orda isə 13 manata almışam. Konfetin bir kiloqramına 1 manat vermişəm. Alt paltar dəsti almışam 1 manat 50 qəpiyə. Bizim üçün ucuzluqdur. Ərzaqa icazə verilmir. Bununla bağlı həm Azərbycan, həm də İran tərəfi xəbərdarlıq edir. Gömrüyün divarlarında qadağan edilmiş ərzaq məhsullarının və digər malların siyahısı vurulub. İran gömrüyü mal buraxır, ancaq onların körpüdə duran əsgərləri malların müəyyən hissəsini əlmizdən alırlar. Heç bir qəbz vermirlər. Gedən çoxdur, adam əziyyət çəkir”.

İrana gedənlərin əsasən əlləri boş olur. Gələnlər isə əllərində bağlamalarla geri qayıdırlar. İrandan qayıdan qadınlar çıxış qapısında yükləri bir yerə toplayıb, ucadan aldıqları malları və onların qiymətləri barədə danışırdılar:

”Evim üçün də bazarlıq etmişəm. Satmaq üçün də bəzi şeylər var.Hamısına qəpik- quruş vermişəm.”

Sərhədyanı ticarətlə məşğul olan Əziz adlı bir şəxs isə deyir ki, Azərbaycan Astarasında alver azalıb:

Azərbaycanın bütün bölgələrindən gəlirlər. Astara-Ələt yolu da açılıb. Çox rahatlıqla Astaraya gəlmək olur. Bakıdan buraya 3-4 saatlıq yoldur. Gələnlər bazarlığı İranda edirlər. Gömrük gecə-cündüz işləyir. Mallarımıza yaxın duran yoxdur. Gündə bir nəfər mağazaya girsə sevinərik. Bazarımız zəifləyib. Mağazalar bağlanır”.

​Sürücülər işsiz qalıb

İrandan yük daşıyan maşınların sayı yarıbayarı azalıb”.

Bu sözləri isə bir yük maşının sürücüsü deyir: “İrana dəmir yolu çəkilib.Yüklər dəmir yolu vasitəsi ilə İrana daşınır. Burda yüzlərlə sürücü evinə çörək aparırdı. Kimin adamı var ona yük verirlər.Yük azdır. Günlərlə burda yük gözləyirik”.

İran birtərəfli qaydada Azərbaycan vətəndaşlarıına vizanı ləğv edib. İranlılar isə Azərbaycana gələrkən viza almalı olurlar.

(Azadlıq radsiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay