Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram olduğu üçün xəstəni küçəyə atdığı iddia edilən xəstəxanadan açıqlama

"Suraxanıda 63 yaşlı Mikayıl Həbibovun köməksiz vəziyyətdə küçəyə atılması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir".

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 12 saylı Suraxanı Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilən kişi spirtli içkinin təsiri altında olub:

“Vətəndaş Həbibov Mikayıl Eldar oğlu mayın 2-də saat 01:20 radələrində təcili tibbi yardım vasitəsilə 12 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib. Vətəndaşa ilkin yardım göstərilib və müvafiq şöbəyə yerləşdirilib. Lakin eyni gün saat 7 radələrində xəstə öz istəyi ilə xəstəxanadan çıxmaq istədiyini bildirib və evə buraxılıb.

Təcili tibbi yardım avtomobili vasitəsilə eyni vətəndaş saat 17 radələrində yenidən xəstəxanaya gətirilib. Vətəndaş müayinə edilib, yenidən müvafiq şöbəyə yerləşdirilib. Onu da qeyd edək ki, ərazi üzrə kimsəsiz şəxslər birləşmiş şəhər xəstəxanalarına yerləşdirilirlər”.

Qeyd edək ki, ötən gün iddia edilib ki, axşam saatlarında vətəndaşlar M.Həbibovu Qanlı Göl ərazisində arabada çətin hərəkət edən vəziyyətdə görüb, 12 sayılı Suraxanı Şəhər Birləşmiş Xəstəxanasına gətiriliblər. Lakin xəstəxanadan vətəndaşa bildirilib ki, bayram günü olduğu üçün ona lazımi tibbi yardımı göstərə bilməzlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay