Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Amerikanı hara sürükləyir - ABŞ-ın dünyaya liderlik etməsi mümkün görünürmü?

ABŞ-ın “liderliyi” xarici siyasət quruluşunun ən populyar hissəsidir. Lakin bu artıq vaxtı keçmiş və təhlükəli bir ritorikadır...

Peter Beinart
“The Independent” qəzeti, 15 dekabr 2020-ci il

Yeni prezident Co Baydenin və xarici siyasət komandasının dünyaya necə yanaşacağı barədə hələ çox şey bilmirik. Ancaq burası dəqiqdir ki, Amerikanın “liderliyinə” inanırlar.

Baydenin dövlət katibi Entoni Blinken 2015-ci ildə bir çıxışında bu “liderlik” ifadəsindən 21 dəfə istifadə etmişdi. Keçən yaz Bayden “Foreign Affairs” jurnalında “Amerika niyə yenidən lider olmalıdır”, başlıqlı bir məqalə yazmışdı. Keçən həftə də milli təhlükəsizlk namizədlərini təqdim edərkən “Amerika geri qayıtdı, dünyaya rəhbərlik etməyə hazırdır”, deyib.

Ümid edirəm ki, bu baş verməz. Trampdan sonrakı dövrdə bu “liderlik” anlayışı Amerikanın dünya ilə münasibətləri baxımından təhlükəli bir yanaşma olar.

Son 4 ildə xarici siyasət elitası Amerika liderliyini Tramp administrasiyasının davakar millətçi ritorikasına qarşı etibarlı və iki tərəfli və bir alternativ kimi təbliğ edir. Ancaq lüğətdə “liderlik” sözünün mənası “ilk və ya ən vacib yer”, “rəhbərlikdə olmaq” və “bir qrup insana nəzarət etmək” kimi izah olunur. Liderlik “analıq qayğısı” mənasında deyil, idarəetməni ələ keçirmək mənasında başa düşülür.

Bayden Amerikanın niyə bu imtiyazlı rola layiq olduğunu iki səbəblə izah edib. Birincisi, mirasla bağlıdır. O, “Foreign Affairs”də: “Amerika Birləşmiş Ştatları 70 ildir Demokratik və Respublikaçı prezidentlərin hakimiyyəti altında kollektiv təhlükəsizliyi və rifahı yüksəldən qaydaların hazırlanmasında aparıcı rol oynayır”, deyə qeyd edib. Başqa sözlə, Amerika bunu keçmişdə də olduqca effektiv şəkildə həyata keçirdiyinə görə, indi də dünyaya rəhbərlik etməlidir.

Dov H. Levinin “Seçki qutusuna müdaxilə” adlı kitabına görə, ABŞ 1945-1989-cu illər arasında digər ölkələrdə keçirilən seçkilərə 63 dəfə müdaxilə edib. Beləliklə, Baydenin Amerikanın “Soyuq Müharibə” liderliyi ilə bağlı fərəhli tarixi bir çox məsələni kənarda buraxır. Ancaq II Dünya Müharibəsindən sonrakı dövrü romantikləşdirsək belə, bu artıq çoxdan unudulub.

Ceyms Qoldqayer və Brus W. Centlsonun bu yaxınlarda qeyd etdiyi kimi, ABŞ iqtisadiyyatı 70 il əvvəl dünyanın ümumi məhsulunun təxminən yarısını təşkil edirdi. İndi isə bu 1/7-dən bir az çoxdur. Avropa İttifaqının alıcılıq qabiliyyətinə uyğun olan ümumi ÜDM-si elə ABŞ-ınki qədərdir. Çin onsuz da daha böyükdür və koronavirus pandemiyası, çox güman ki, bu fərqi daha da genişləndirəcək. Liderlik ifadəsinin qəbul etdiyi güc iyerarxiyası artıq yoxdir (ən azı iqtisadi cəhətdən).

Baydenin ikinci səbəbi isə əxlaqdır. 2017-ci ildə yazdığı kimi, “digər ölkələr də Amerikanın yalnız öz maraqlarını qoruduğunu deyil, hər kəsin istəklərini nəzərə aldığını bilirlər və bunun üçün bizim yolumuzla gedirlər”. Ancaq Amerikanın son onilliklərdəki davranışlarını araşdırıb, qlobal rifah üçün konkret öhdəliklər götürmək çətindir. Braun Universitetindəki Vatson Beynəlxalq Əlaqələr və Siyasət İnstitutu tərəfindən aparılan bir araşdırmaya görə, Amerikanın 11 Sentyabrdan sonrakı müharibələri 37 milyon insanı evindən didərgin salıb. Donald Tramp Ağ Evə gəlmədən əvvəl də ABŞ minalar, klaster bombaları və nüvə sınaqlarını qadağan edən, dünya səviyyəsində silah satışını tənzimləyən, okeanları qoruyan, soyqırım və müharibə cinayətlərinin mühakiməsinə yol açan, qadınların, uşaqların və əlillərin hüquqlarını qoruyan beynəlxalq müqavilələri təsdiqləməyi rədd etmişdi. Dünyanın əksər ölkələri bu müqavilələrin, demək olar ki, hamısını təsdiqləyiblər. Başqa heç bir ölkə bunların hamısını rədd etməyib.

Tramp ABŞ-ı Paris iqlim razılaşması, İran nüvə anlaşması, Dünya Səhiyyə Təşkilatı, Trans-Sakit Okean Tərəfdaşlıq danışıqları, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Açıq Səmalar Müqaviləsi və Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çıxararaq bu uyğunsuzluğu daha da artırıb. Qlobal liderlik hüququ qazanmış bir ölkənin tarixçəsi belə ola bilməz. Bu, qlobal prosesə daxil olmaq istəyən bir ölkənin tarixçəsi ola bilər.

Təəssüf ki, Amerika standartlarına görə çoxqütblü olan Baydenin müşavirləri belə, hakim güc olmadan əməkdaşlıq etməyi təsəvvür edə bilmirlər. Blinken, “istəsək də, istəməsək də, dünya öz-özünü təşkil etmir”, deyib. Bununla birlikdə, ABŞ başqaları onun yerini tutmağa çalışdıqda və ya heç kim bu yeri tutmadıqda nəticədə, pis hadisələrlə rastlaşdıqda nələr baş verə biləcəyini aşkarlayıb.

Amerikanın qərar qəbul etmədiyi bir vəziyyətdə beynəlxalq əməkdaşlığın çökəcəyi iddiası doğru deyil. Amerika Birləşmiş Ştatları Paris iqlim müqaviləsindən çıxdığını elan etdikdən sonra belə onu imzalayanların heç biri məsələni izləmədi. Əksinə, Avropa Birliyi, Çin, Yaponiya və Cənubi Koreya bir müddət əvvəl iqtisadiyyatlarını ən geci 2060-cı ilə qədər karbondan neytral vəziyyətə gətirməyə söz verib. Bu yay Tramp administrasiyasının Ümumdünya Səhiyyə Təşkilatını tərk etmək təhdidindən sonra, Fransa və Almaniya ödədiyi müavinəti artıracağına söz verdi.

Məsələ heç də Amerikanın ortaq qlobal cəhdlərdə iştirak etməsinin lazımsız olması deyil. Əksinə, bu, həyati önəm daşıyır. Ancaq çox vaxt Amerikanın bu prosesə verə biləcəyi ən yaxşı töhfə qaydaları diktə etmək deyil, qəbul etməkdir.

Liderlik əvəzinə, ortaqlığı seçmək bəziləri üçün Amerika ruhuna zidd görünə bilər. Ancaq əksər amerikalıların istədiyi budur. Qallup 20 ildir amerikalılardan soruşur: ABŞ dünya işlərində nə kimi rol oynamalıdır? Variantlar belədir: “baş rol”, “vacib rol”, “kiçik rol” və ya “heç bir rol”. Lakin “mühüm rol” hər dəfə ciddi fərqlə birinci yeri tutur. Sentyabr ayında Çikaqo Qlobal Münasibətlər Şurası amerikalılardan ABŞ-a “suveren” liderlik rolunu, yoxsa “ortaq” liderlik rolunu oynamalı olduğunu soruşduqda, ortaq liderlik cavabı demək olar ki, 1/3 nisbətində üstünlük təşkil etmişdi.

Baydenin keçən həftə dediyi kimi, ABŞ-ın “masanın yuxarı başında oturmalı” olduğuna inananlar adi amerikalılar deyil. Bunu müdafiə edənlər tez-tez xarici siyasət elitalarının və ictimaiyyətin Amerika üstünlüyünə qarşı çıxmasını “təcridçilik” adlandıraraq qınayırlar. Bununla yanaşı, Amerikanın daxili ədalət mübarizəsində ön sırada duranlar tərəfindən tez-tez irəli sürülən müxalif xarici siyasət ənənəsi də var. Dr. Martin Lüter Kinq Vyetnam müharibəsinə qarşı 1967-ci il tarixli çıxışında Amerika Birləşmiş Ştatları hökumətini “bu günkü dünyada zorakılığın ən böyük sponsoru” olaraq xarakterizə etmişdi. Belə bir hökumətin başqalarına hər şeyi öyrədə biləcəyini və onlardan öyrənəcək bir şey olmadığını iddia etməsini yanlış hesab edirdi. Dr. Kinq ABŞ-ın ilk növbədə qlobal səfalətdəki payını azaltmaqla və yoxsulluq, etibarsızlıq və ədalətsizliklə mübarizə üçün başqaları ilə birləşərək dünyaya hakim olmaq əvəzinə, onunla birlik olmasını müdafiə etmişdi.

Baydenin komandası dünyaya yanaşmaq baxımından liderliyi deyil, həmrəyliyi seçməlidir. Bunu etməklə Amerika Birləşmiş Ştatları, xüsusən də Tramp dövrünün dəhşətlərindən sonra zərər verməyi dayandıracağını və digər millətlərə kömək etmək üçün çox işlər görə biləcəyini bir daha təsdiq edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Amerika Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay