Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda vətəndaşlardan 38 min manatlıq qızıl-zinət oğurlayanlar saxlanılıb

Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.

Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərin şüşələrini qıraraq maqnitofon, həmçinin digər qiymətli əşyalar oğurlayan Əli Səfərov və Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlayan əvvəllər məhkum olunmuş Əhməd Cəfərov saxlanılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmçinin son bir-neçə gündə əhali ilə aparılan profilaktik söhbətlər nəticəsində Suraxanı rayon sakinlərində saxlanılan 5 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri polisə təhvil verilib.

Poliqon.info


Etiket: oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay