Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qəza törədən türkiyəli pilot cərimələnib

"Charouz Racing System"də çıxış edən türkiyəli "Formula 2" pilotu Cem Bölükbaşı Bakıda baş vermiş hadisəyə görə cərimələnib.

"Report"un məlumatına görə, buna 24 yaşlı sürücünün atası Yavuz Bölükbaşının və meneceri Temuçin Ünalpın DAMS komandasının qarajına gedərək israilli sürücü Roy Nissanin məşqçisi Françesko Martinezlə mübahisə etməsi səbəb olub.

İnsident zamanı Yavuz Bölükbaşı və Martinez bir-birilərini itələyiblər. Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub.

Qeyd edək ki, Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib.

Daha sonra yarış rəhbərliyi hadisəni araşdırıb və Nissaninin qəzaya səbəb olduğu üzə çıxıb. Pilot qarşıdakı yarışda mübarizəyə 3 sıra geridən başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar