Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda keçirilən yarmarkada 20 tondan artıq bal satılıb

Bal yarmarkasının ilk 10 günündə 20 tondan artıq bal satılıb...

PİA.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, yarmarka öz gedişatı ilə davam etdirilir:

"Müşahidələrimiz onu göstərir ki, ən çox satılan ballar daha çox dağlıq ərazilərdə hazırlananlardır. Alıcılara artıq məhsulları onlayn sifariş etmək imkanı da yaradılıb və metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir".

M.Musayev satıcılara yaradılan yeni şaraitdən də danışıb:

"Bildiyiniz kimi, bu il baş tutan yarmarkada bir neçə yeniliklər olub, onlardan biri də qablaşdırmanın üzərindəki barkodlardı. Həmin kod vasitəsi ilə vətəndaşlar ASC-nin saytı üzərindən məhsulun kimə məxsus olduğunu öyrənə bilərlər. Daha bir yenilik isə ondan ibarətdir ki, alıcılar həmin saytda arıçıların məhsullarını dəyərləndirərək qiymət verə bilərlər. Sonda reytinqə görə, həmin arıçıların siyahısı müəyyənləşdirilir və növbəti yarmarkalarda onların iştirakı daha asanlaşır".

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur.

pia.az


Etiket: bal yarmarka


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Ən çox oxunanalar