Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda İnsan Resursları Zirvəsi keçirilir

İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi tədbir “Gələcəyə qayıdış” devizi ilə baş tutub...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi keçirilir.

İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi tədbir “Gələcəyə qayıdış” devizi ilə baş tutub.

Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.

İki gün davam edəcək Zirvə çərçivəsində çıxışlar, panel müzakirələr və vorkşoplar təşkil olunacaq. Tədbirin birinci günü “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi”, ikinci gün isə “Yeni səhifəyə keç. Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan. Strateji insan resursları idarəetməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirələr aparılacaq.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar iştirak edir.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar