Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - Yenilənib

İyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...

Bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

İyulun 1-də saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-ci il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.

Araşdırma aparılır.

Poliqon.info


Etiket: Qardaş Bacı Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar