Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib...

Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.

Bu haqda Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib. İddialara görə, toplantı iyunun 28-də baş tutub.

Sosial şəbəkələrdə müzakirə yaradan məsələdə tanınmış ilahiyyatçı Elşad Mirinin də adı hallanır. İddialara görə, sözügedən toplantıda ilahiyyatçı da iştirak edib. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Elşad Miri haqqında səsləndirilən iddiaların gülünc olduğunu bildirib:

“Belə bir toplantının keçirildiyini mən haradan bilə bilərəm? Bu toplantının keçirilməsinin doğru olub-olmadığını deyə bilmərəm, bəlkə də keçirilib.

Sadəcə iyunun 28-də bir çoxları kimi rəsmi şəkildə Amerika səfirliyində keçirilən tədbirdə iştirak etmişəm. 4 iyul Amerikanın müstəqilliyi günü ilə bağlı səfirlikdə toplantı oldu ki, bu da hər il keçirilən toplantıdır. Başqa şəxslərlə birlikdə mən də orada iştirak etmişəm, vəssalam. Toplantıdan sonra da çıxıb dostlarımızla oturub çayımızı, kofemizi içmişik.

Əgər Böyük Mason Lojasının toplantısı keçirilibsə, bu məxfi toplantını kim üzə çıxarıb? Bu, gülünc məsələdir. Belə bir toplantının keçirilməsini də ilk dəfədir sizdən eşidirəm.

Əgər belə bir toplantı olursa, həmin Böyük Mason Lojası batsın ki, bunu hamı bilir və açıq şəkildə sosial şəbəkələrdə yazır. Onda bunun harası gizli mason lojası oldu?!”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ən çox oxunanalar