Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Böyük Britaniyada keçirilən parlament seçkilərində hakim Mühafizəkarlar partiyası ağır məğlubiyyətə uğrayıb və İşçi partoyası önəmli qələbə qazanıb...

Politoloq: “Qlobal səviyyədə Böyük Britaniyanın xarici münasibətlərində ciddi dəyişikliklərin olacağını gözləmirəm”.

“Böyük Britaniyada sosial problemlərdən tutmuş, iqtisadi problemlərə qədər bir çox əksikliklər var”.

Bu sözləri politoloq Natiq Miri Böyük Britaniyada Mühafizəkarlar partiyasının məğlub olmasının nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Böyük Britaniyada keçirilən parlament seçkilərində hakim Mühafizəkarlar partiyası ağır məğlubiyyətə uğrayıb və leyboristlər partiyası əzici qələbə qazanıb.

2010-cu ildən bəri hakimiyyətdə olan Mühafizəkarlar partiyasının solçu leyboristlərlə əvəzlənməsi Britaniyanın Avropa, Rusiya və Ukrayna, həmçinin Cənubi Qafqaz siyasətində ciddi dəyişiklilərə səbəb ola bilər?

Böyük Britaniyanın bundan sonrakı siyasətini Poliqon-un əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Böyük Britaniyada Avropa Birliyi və digər geosiyasi münasibətlərdə müəyyən ciddi dəyişikliklərə gedilə bilər”.

Rusiya ilə münasibətdə köklü xarici siyasət dəyişikliyinin olacağını gözləməyən politoloq Poliqon-a bildirib ki, Böyük Britaniya bütün zamanlarda, istər mühafizəkarlar, istər leyboristlərin hakimiyyəti dönəmində Rusiya ilə, hətta Rusiyanın bu gün varisi olduğu Sovet İttifaqı dönəmində də müəyyən problemlər yaşayıb:

“Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir. Çünki Britaniyanın daxilində bir çox sosial və iqtisadi problemlər var. Bu daxili problemlər demək olar ki, öz həllini uzun müddətdir tapmır. Böyük Britaniyada sosial problemlərdən tutmuş, iqtisadi problemlərə qədər bir çox əksikliklər var. Eyni zamanda, siyasi sistemin özündə də müəyyən dəyişiklərin aparılması mümkün variantlardan biridir.

Ancaq qlobal səviyyədə Böyük Britaniyanın münasibətlərində ciddi dəyişikliklərin olacağını gözləmirəm. Bildiyimiz kimi, Avropa Birliyi ilə münasibətlər sistemi istisnadır. Çünki Britaniya Avropa Birliyindən BRİKS referendumu ilə çıxmasından sonra Avropa Birliyi ilə münasibətlərdə ciddi problemlər yaşayır. Bu günə qədər də bu problemlər öz həllini tapmayıb. Buna görə düşünürəm ki, Böyük Britaniyada Avropa Birliyi və digər geosiyasi münasibətlərdə müəyyən ciddi dəyişikliklərə gedilə bilər.

Ancaq Rusiya ilə münasibətdə köklü xarici siyasət dəyişikliyinin olacağını gözləmirəm. Çünki Böyük Britaniya bütün zamanlarda, istər mühafizəkarlar, istər leyboristlərin hakimiyyəti dönəmində Rusiya ilə, hətta Rusiyanın bu gün varisi olduğu Sovet İttifaqı dönəmində də müəyyən problemlər yaşayıb. Demək olar ki, əksər münaqişələrdə Böyük Britaniya Rusiyaya qarşı iştirak edib. Buna görə də, Britaniyanın Rusiya ilə bağlı siyasətinin təməli olaraq dəyişəcəyini düşünmürəm.

Natiq Miri: “Azərbaycan həmişə Böyük Britaniyanın diqqət mərkəzində və cazibə dairəsində olub. Yeni hökumət dönəmində də dəyişən bir şey olmayacaq”.

Böyük Britaniyanın Ukrayna ilə bağlı da siyasətinin dəyişəcəyini güman etmirəm. Çünki Britaniyada həqiqətən də, siyasi güc mərkəzindən asılı olmayaraq anlayırlar ki, bu Ukrayna-Rusiya deyil, bu Qərb-Rusiya, eyni zamanda, təfəkkür savaşıdır. Buna görə indiki vəziyyətdə Rusiya və onun prezidentinin qabağında qaçmaq, müharibəni bitirmək Qərb dünyasına ciddi zərər verəcək. Bunu Londonda yaxşı anlayırlar və düşünürəm ki, Ukraynaya hərtərəfli Britaniya köməyi davam edəcək.

Xüsusilə, artıq birqütblü dünyanın sona çatdığını və öz yerini çoxqütblü münasibətlər sisteminə buraxdığını nəzərə alsaq, bu dünyanın şəkilləndiyi indiki dövrdə Rusiyanın qalib gəlməməsi üçün Britaniya hər şeyi edəcək. Bu Britaniyanın 100 illərdir davam edən siyasətidir və bu siyasət dəyişməyəcək. Buna görə, əksinə ola bilsin ki, Rusiya ilə münasibətdə daha kəskin siyasi kurs özünü göstərə bilər.

Cənubi Qafqazla bağlı siyasətdə də ciddi dönüşün olacağını hesab eləmirəm. Qeyd edim ki, Britaniya-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub və Cənubi Qafqazda Azərbaycan bu münasibətlərdə həlledici ölkələrdən biri olub. Yəni Azərbaycan həmişə Böyük Britaniyanın diqqət mərkəzində və cazibə dairəsində olub. Yeni hökumət dönəmində də dəyişən bir şey olmayacaq.

Cənubi Qafqaz siyasətində Azərbaycan Böyük Britaniya üçün yenə də öndə olacaq. Bu həm də Azərbaycanın indiki güclü mövqeyi, Şərqlə Qərb arasında körpü rolu, yeni nəqliyyat və kommunikasiya sistemlərinin açılmasında həlledici geosiyasi amil olması ilə şərtlənir. Düşünürəm ki, Böyük Britaniya bütün bunların hamısını nəzərə almalıdır və alacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ən çox oxunanalar