Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib - Yenilənib

Bakıda Asiya Ombudsmanlar Assosiasiyası (AOA) və İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) iclasları keçirilib...

PİA.az xəbər verir ki, iclasda Azərbaycanla yanaşı, Yaponiya, İndoneziya, Honq-Konq, İran, Pakistan, Türkiyədən olan ombudsmanlar və insan hüquqları təsisatlarının rəhbərləri iştirak ediblər.

İclasın açılışında Pakistan Federal Ombudsmanı Ejaz Ahmed Qureşi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və AOA icraçı katibi Abdul Moiz Buxari çıxış ediblər.

S.Əliyeva çıxışı zamanı Azərbaycan Ombudsman təsisatının 20 illiyi ərəfəsində ölkəmizdə xarici ombudsmanların toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. Çıxış zamanı insan hüquqlarının müxtəlif sahələri ilə əlaqədar işçi qruplarının yaradılması təklif edilib.

İclasda AOA-nın İstanbul şəhərində keçirilmiş sonuncu iclasından sonrakı dövr ərzində həyata keçirilmiş fəaliyyəti təhlil edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Ölkəmiz, bu gün həmçinin İƏT Ombudsmanlar Assosiasiyasının (İƏT OA) ümumi yığıncağına ev sahibliyi edib.

İƏT OA-nın iclasında Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan nümayəndələr iştirak ediblər. Sudan Ombudsmanı isə tədbirə videokonfrans formatında qoşulub.

Əvvəlcə İƏT OA prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç açılış nitqi ilə çıxış edib.

Daha sonra Azərbaycan Ombudsmanı Səbinə Əliyeva qonaqları salamlayaraq, təsisat tərəfindən görülmüş işlər barədə məlumat verib və İƏT OA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib. Ombudsman çıxışında həmkar qurumlar arasında təcrübə mübadiləsi aparılması məqsədilə təlimlərin təşkil olunmasının əhəmiyyətinə toxunub.

İclas çərçivəsində ombudsmanlar müsbət təcrübələrini paylaşaraq, assosiasiya çərçivəsində birgə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar. İclasda, həmçinin İƏT OA üzvləri arasında qurumun gələcək fəaliyyət istiqamətləri və təşkilati məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***

Oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı keçiriləcək.

Bunu Azərbaycan Ombudsmanı, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti Səbinə Əliyeva qurumun bu gün Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, toplantı “Biznes və insan hüquqları sahəsində Ombudsman və milli insan hüquqları təsisatlarının rolu” adlı mövzusunda baş tutacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Biləsuvar sakini bədbəxt hadisə ilə üzləşib, 4 barmağı amputasiya olunub

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay