Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ləğv olunur - Bazasında 4 sektor yaradılır

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yaxın vaxtlarda tamamilə ləğv olunacaq"...

Bu məlumat təhsil sektorundan verilib.

Məlumata görə, ləğv olunan BŞTİ-nin bazasında Bakının rayonlarını əhatə edəcək 4 təhsil sektoru yaradılacaq:

"Böyük ehtimalla paytaxt rayonlarının məktəbləri 4 regional sektorun tabeliyində idarə olunacaq:

1. Binəqədi - Yasamal - Qaradağ;

2. Nəsimi - Nərimanov - Səbail;

3. Xəzər - Sabunçu - Pirallahı;

4. Suraxanı - Xətai - Nizami;

Ola bilər ki, bəzi rayonların təmsilçiiyi dəyişsin və ya 4 yox, 3 sektor yaradılsın. Yəni, B variantı da var...".

BŞTİ-nin ləğvinə gəlincə, müsahibimiz deyir ki, bu, təkcə Bakı təhsilinin idarə olunmasını mobilləşdirmək məqsədi ilə deyil, həm də burada kök salan Mehriban Vəliyevanın şəbəkəsi daxil, kənardan müxtəlif yollarla idarəyə məsul postlara yerləşdirilən deputat və digər tanınmış şəxslərin ailə üzvləri ilə də asanlıqla yolları ayırmağa xidmət edəcək:

"Bilirsiniz ki, Mehriban Vəliyeva bu ilin oktyabrın 6-da vəzifəsindən azad olunaraq, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilsə də, o, BŞTİ-nin rəhbəri postunu hələ də özünə saxlamağı bacarıb. Elə bu məqam onu göstərir ki, bu gün nazir Emin Əmrullayev üçün Mehriban Vəliyeva və onun mətbuatla "dərin əlaqələr" quran sağ əli Bəşərət Məmmədov kimiləri səs-küysüz vəzifədən uzaqlaşdırmaq düşünüldüyü kimi asan deyil. Əks halda, Mehriban Vəliyevanı yeni vəzifəyə təyin etdiyi gün, yəni oktyabrın 6-da BŞTİ-nin rəhbəri postunu onun 4 müavinindən birinə həvalə edərdi. Etmədisə, demək ki, arxa planda bilmədiyimiz gizlinlər var...".

Mia.az-a verilən məlumata görə, Mehriban Vəliyeva, Bəşarət Məmmədov, Fuad Babayev və daha bir neçə sektor müdiri BŞTİ və onun nəzarətində olan məktəblərdə elə bir "sistem" çiçəkləndiriblər ki, ona düzəliş vermək mümkün deyil: "Bu səbəbdən, nazirlik Bakı təhsilini kökündən dəyişəcək islahata gedir. Hazırda BŞTİ-nin ləğvi və onun bazasında hansı rayonların hansı sektorda birləşəcəyi və onlara kimlərin rəhbərlik etməsi barədə ətraflı ciddi müzakirə və məsləhətləşmələr gedir. Güman ki, yaxın vaxtlarda yeniliklərin şahidi olacağıq".

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay