Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell”dən gənclərə növbəti iş imkanı

Həyata keçirdiyi korporativ sosial layihələri ilə hər zaman ön sıralarda qərarlaşan “Azercell Telekom” MMC gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir...

Şirkət gənclərin əmək bazarına uyğunlaşmasına, öz ixtisasları üzrə uğurlu karyera qurmasına kömək, həmçinin, onların işlə təmin olunmasına dəstək məqsədilə növbəti əmək yarmarkasında iştirak edib.

Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətləri və Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC-nin birgə təşkilatçılığı ilə Lənkəran və Qubada təşkil olunan əmək yarmarkalarına “Azercell” nümayəndələri də qatılıb.

Azercell” şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları yarmarka iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib, şirkətdə mövcud olan vakansiyalar barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əmək bazarına çıxışa dəstək, potensialın artırılması və digər məsələlər yer alıb.

Qeyd edək ki, “Azercell” mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir.

2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanıb, “Azercell” Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

pia.az


Etiket: “Azercell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Ən çox oxunanalar