Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır...

Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.

Azercell gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədilə onları cüdoçular sırasına qoşulmağa çağırır. Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən gənclər 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı əldə edəcəklər.

Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film də çəkilib. Rejissor Emil Quliyevin ərsəyə gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini təsvir edir.

“Doğru yol budur” kampaniyası çərşivəsində şəhərin müxtəlif nöqtələrində yer alacağı posterlərdə də eyni konsepsiya davam etdirilib. Belə ki, posterlərdə yer almış real insanların misallarında narkotikin dağıdıcı fəsadları, eyni zamanda idman və sağlam həyat tərzinin pozitiv təsiri öz əksini tapıb.

Xatırladaq ki, daha öncə “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı layihə çərçivəsində qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlmiş “Qızlara ağ yaraşır”, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunan “Söz verirəm” sosial kampaniyaları həyata keçirilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay