Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın görkəmli rejissoru və aktyoru Ceyhun Mirzəyevin anım günüdür

Bu gün Azərbaycanın görkəmli rejissoru və aktyoru Ceyhun Mirzəyevin anım günüdür.

Oxu.Az xatırladır ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. 

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb.

Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə “Ögey ana” filminə dəvət almışdı.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub.

Mərhum incəsənət adamı həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib. 

1993-cü ilin mart ayının 5-də Bakıda dünyasını dəyişən incəsənət adamı Yasamal qəbiristanlığında dəfn olunub.

Fəryad filmindəki şücaətinə görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay