Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

2024-cü ilin 1 yanvarına olan məlumata görə, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub...

Beləliklə də, ötən ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 114 200 pensiyaçı qeydiyyatda olub.

Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb. 2023-cü ildə Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bəs pensiyaçıların azalmasının səbəbi nədir?

Məsələ ilə bağlı Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiyaçıların sayının azalmasını belə izah edib:

 “Pensiyaçıların sayının azalması 2017-ci ildə bu sahədəki qanuna edilən dəyişikliklərlə bağlıdır. Dəyişikliyə əsasən, Azərbaycanda kişilər və qadınlar 65 yaşdan pensiyaya çıxacaqlar. O zaman kişilər 63, qadınlar isə 60 yaşdan pensiya alırdı. Qərara alındı ki, kişilərin pensiya yaşı 4 il ərzində 63-dən 65-ə, qadınlarınkı isə10 il ərzində hər il 6 ay artırılmaqla 60-dan 65-ə qaldırılsın. Kişilərdə pensiya yaşı artıq 65-ə çatıb. Qadınlarda isə hələlik pensiya yaşı 63-dür. Əvvəl 60 yaşında pensiya alan qadınlar indi 63 yaşdan pensiya alırlar. Deməli, ortada 3 il gecikmə var. 3 il ərzində 8-9 min adam pensiyaya çıxırdısa, artıq bu, belə deyil”.

Deputat qeyd edib ki, pensiyaçıların sayının azalması 2026-cı ilə qədər davam edəcək.

“2026-cı ildən qadınların pensiya yaşı da 65 olacaq. Bu zaman sabitləşmə dövrü başlayacaq. Bu insanların Azərbaycanda vaxtından tez ölməsi, pensiyaya çıxanların qarşısını  almaqla əlaqədar deyil. Sadəcə olaraq, qanuna əsasən pensiya yaşının artırılması ilə əlaqədardır”, - o vurğulayıb.

Komitə sədri 2026-cı ildən sonra pensiyaçıların sayında artım olacağını da deyib:

“Bir neçə ildən sonra pensiyaçıların yaşında artım olacaq. Bu da Azərbaycanda orta ömrün uzanması ilə əlaqədardır. Orta ömür artdıqca yaşlı pensiya alanların da sayı artacaq. Artıq 2026-cı ildə sabitləşmə, ondan sonra isə pensiyaçıların sayının artmasını biz müşahidə edəcəyik”.

Poliqon.info


Etiket: Pensiyaçılar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay