Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda minik avtomobillərinin istehsalı 4,8 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 mln manatlıq məhsul istehsal edilib...

Dövlət Statistika Komitəsi xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5% azalıb.

Belə ki, dövr ərzində ölkədə 863 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 11,7% azdır. Nəticədə, bu ilin sentyabrın 1-nə 364 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 496 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə, bu ilin sentyabrın 1-nə 227 ədəd məhsul ehtiyatı yaranıb.

Bu il fəvvarə armaturunun istehsalı 29,9%, ştanqlı quyu nasoslarının istehsalı 54,5%, mancanaq dəzgahlarının istehsalı 20,1% artıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar