Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Xəzərdə təlimlərə başladı - İran isə öz sularına 4 mindən çox sürətli kater cəmləşdirdi

Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb. virtualaz.org xəbər verir ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin indiki təlimləri qonşu İranla artan gərginlik fonunda keçirilir. Bundan əvvəl isə sentyabrın əvvəllərində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinin epizodlarından  biri Xəzər dənizi akvatoriyasında keçirilmişdi.

Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib. İnqilab Keşikçiləri Korpusunun media resurslarından götürülmüş həmin videokadrlara əsasən katerlərin hamısı iriçaplı pulemyotla təchiz edilib. Onların sayının 4 mindən çox olduğu bildirilir. İran əvvəllər bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib.

İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz, lakin onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar