Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşı 2023-cü ildə Ermənistandakı evini satıb...

2023-cü ildə nə qədər Türkiyə və Azərbaycan vətəndaşı Ermənistanda mənzil alıb?..

2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda çoxmənzilli yaşayış binalarından 3 mənzil alıb. Alışlar hamısı İrəvanda baş verib.

Poliqon xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın yazılı sorğusuna cavab olaraq Ermənistan Kadastr Komitəsindən məlumat verilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə vətəndaşları Ermənistanda, həmçinin İrəvanda 11 mənzil alıblar.

Kadastr Komitəsi həmçinin bildirib ki, 2023-cü ildə Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb, 2022-ci ildə isə 2 daşınmaz əmlak alıblar: biri İrəvanda, ikincisi Lori rayonunda. Onlar fərdi yaşayış binasıdır.

"Ermənistan Respublikasında Türkiyə vətəndaşları 2023-cü ildə İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Həmin müddət ərzində Azərbaycan vətəndaşı çoxmənzilli yaşayış binasında 1 mənzili satıb", deyə Komitə satıcıların milliyyətini qeyd etməyib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak satmayıblar.

Kadastr Komitəsinin əvvəllər dərc etdiyi məlumatlara görə, 2023-cü ildə Ermənistanın daşınmaz əmlak bazarında xarici vətəndaşlar tərəfindən 4479 alqı-satqı əməliyyatı həyata keçirilib. 1492 halda alıcı, 2834 halda satıcı, 153 halda hər iki tərəf xarici vətəndaş olub. Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay