Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan şəhidinə sahib çıxıb, torpaqları işğaldan azad etməlidir” – İqbal Ağazadə

Ötən gün Ermənistan Müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini mükafatlandırması barədə xəbər vermişdik

Məsələylə bağlı Azərbaycan XİN-i də münasibət bildirdi. Açıqlamada nazirin Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olduğu bildirilib.

“Yeni Sabah” Ümid Partiyasının sədri İqbal Ağazadənin də məsələyə münasibətini öyrənib. O bildirib ki, hər kəs öz yerinə sahib çıxmalıdır:

“Dövlətlərarası müharibə var. Hər kəs öz yerinə sahib çıxsın. Azərbaycan tərəfi də bu istiqamətdə addım atmağı düşünməlidir. Əsgərinə, öləninə, şəhid olanına, sağ qalanına, yaralısına da sahib çıxmalı və torpaqları işğaldan azad etməlidir. Azərbaycanın başqa yolu yoxdur. Neçə illərdir şərh verməklə məşğuluq. Hesab edirəm ki, hansı vasitə ilə olursa, olsun torpaqlar artıq işğaldan azad olunmalıdır”.

İ.Ağazadə deputat Aydın Mirzəzadənin zabitin öldürülməsindən sonra qisas almaq üçün çağırış edib və geri götürməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Onu Aydın Mirzəzadə özü qiymətləndirsin. Özü cavab versin. Deyə bilməyəcəyi sözü niyə deyib, deyibsə də, niyə geri götürüb?”.

Qeyd edək ki, mayın 31-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Mirzəzadə Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb. Sonradan o bəyanat yayaraq belə çağırış etmədiyini bildirmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb

Azərbaycan Premyer Liqası: "Neftçi" – "Turan Tovuz" matçında qalib müəyyənləşməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay