Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan reallıqlarının Aİ tərəfindən dəstəklənməsi ölkəmizin diplomatik uğurlarının məntiqi nəticəsidir

Azərbaycanın beynəlxalq əlaqələri günbəgün artmaqdadır. Ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bu qurumların işində fəal iştirak edir, onun beynəlxalq aləmdə nüfuzu və yeri daha da möhkəmlənir.
Bu il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya rəsmi səfərə gəlib və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAvropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edilməlidir ki, imzalanan Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın gələcəyi üçün yol xəritəsidir. Azərbaycan müəllifi olduğu enerji layihələrini reallaşdırmaqla, tamamilə yeni, müasir avadanlıqlardan istifadə etməklə enerji ehtiyatlarının hasilatına və ixracın artırılmasına müvəffəq oldu. Perspektivli yataqların kəşfi, hasilatın artırılması əsas bazarımız olan Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Qitə dövlətlərində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı artırır.

İyulun 18-də imzalanan Memorandum tarixi sənəd olmaqla böyük əhəmiyyətə malikdir. İmzalanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen sənədi enerji sahəsində on beş ildən artıq davam edən ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirdilər. Hazırda Azərbaycanın təşəbbüsü, Avropa İttifaqının və enerji layihələrinin çəkilişində iştirak edən tərəfdaşların dəstəklədikləri neft-qaz kəmərləri qitənin enerji xəritəsini tamamilə dəyişir. Xəzəri Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft kəmərindən sonra 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəmərinin istismara verilməsi ilə böyük karbohidrogen potensialına malik ölkəmizin təbii qazı Avropaya çatdırılır.

Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlanması Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu bəyan edir.
Həmçinin Azərbaycan Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktura malik gəmiqayırma imkanları olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və dəmir yolları vasitəsilə qonşu dövlətlərlə əlaqələr yaradıb. Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada yeni saziş üzərində işlər bu məqamlar nəzərə alınaraq davam etdirilir. Həmişə olduğu kimi, bu gün də Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.

Bərpaolunan enerji, təbii qaz sahəsindəki birgə səyləri birləşdirən Azərbaycanın Anlaşma Memorandumunda qeyd olunan qlobal metan öhdəliyinə dəvət olunması ölkəmizə inamdan qaynaqlanır. Qeyd edək ki, bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Sabitliyin bərpasında xüsusi rolu olan Azərbaycanın yaratdığı reallıqların Aİ tərəfindən dəstəklənməsi isə ölkəmizin diplomatik uğurlarının məntiqi nəticəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya ilə müharibəyə hazırlıq: Avropa dövlətləri hərbi xidmətə məcburi çağırışa keçir

Ən çox oxunanalar