Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.M.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
PİA.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin".
pia.az