Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa seçimləri: Mərkəz sağ və sol səs itirirkən radikallar və liberallar qazanır...

Avrupa Birliyinin qanunverici orqanı olan Avrupa Parlamenti (AP) üçün 28 üzv ölkədə bu həftə sonu keçirilən seçimlərin nəticəsi bəlli olub...

PİA.az xəbər verir ki, hələ dəqiqləşməyən seçki nəticələrinə görə Avropa Parlamentinə keçirilən seçkilərdə “xal” itirən MƏRKƏZ SAĞ VƏ SOL partiyalar olub. Liberallar, yaşıllar və radikal sağçılar parlamentdə mandatlarını artırıblar. Seçkilərdə aktivlik isə yüksək olub. Belə ki, son seçki 1994-cü ildən sonra isə ən çox seçicinin iştirak etdiyi seçki olub və seçicilərin 50.95 %-i öz iradəsini ortaya qoyub.

Bugünə qədər qoca qitənin mərkəz sağ partiyalarının birləşdiyi Avropa Xalq Partiyası (EPP) və mərkəz solçuların üzv olduğu Sosial-Demokratlar qrupunun (SD) mandat sayı AP rəhbərliyini əldə etmək üçün üstünlüyü təmin edirdi. Lakin artıq EPP və onların müttəfiqi SD Avriopa Parlamentində bu çoxluğa sahib deyillər. Qrup sıralamasıyla 178 və 147 təmsilçiyə sahib olan EPP və SD birinci və ikinci yerdə qərarlaşsalar da, əldə etdikləri mandat sayı Avropanın siyasətini yönləndirmək inmaknı vermir. 751 mandatlı Avrupa Parlamentindəyeni koalisiyanın yaranması artıq qaçınılmaz görünür.

Son seçkidə ən çox yüksəlişi “Avrupa üçün Liberallar v Demokratlar İttifaqı” (ALDE) əldə edib. ALDE təmsilçilərinin sayı 41 nəfərdən artaraq 108- ə çatıb və bununla liberrallar AP-nin ən böyük üçüncü fraksiyası olub. Qeyd edək ki, Makronun “İrəli Fransa” hərəkatı da liberralların fraksiyasına qoşulub.
ALDE Fransadan 22 mandat qazanıb. Britaniyada kinci yerdə olan Liberal Partiya da ALDE-nin AP-dəki gücünü artırıb.

Mandat sayını 17 təmsilçi ilə artıraraq dördüncü olan Yaşıllar, 9 mandat itirərən və 61 təmsilçi qzanan “Avropa Konservantlar ve Reformistlər İttifaqı”nın (ECR) yerinin tutdu. ECR isə beşinci yerə gerilədi.

Radikal sağ partiya olan “Millətlər və Azadlığın Avropası” (ENF) da 37 olan vəkil sayını 55-ə yüksəltdi. Sağçıların ən böyük qalibiyyəti seçimdə birinci olduqları Fransa və İtalyadan gəldi.

Radikal sağçı, populist və Avropa Birliyinə qarşı olan partiyaların üzv olduğu “Avropada Birbaşa Demokratiya üçün İttifaq” (EFDD) qrupu da təmsilçi sayını üç nəfər artıraq 51-ə çatdırdı. İngiltərədə “Brexit Partiyası” və İtalyada “M5S” Hərakatı bu qrupdakı parlamentarinin çoxluğunu təşkil edir.

Sosialist, ekososialist v kommunist partiyaların üzv olduğu “Avropa Sol Birliyi- Skandinav Yaşıl Solu” (GUE/NGL) 14 mandat da itirərək 38 təmsilçi ilə Avropa Parlamentinin ən kiçik qrupu olması gözlənilir.

Böyük ölkələrdə nəticələr necə oldu?

Almaniya: Angela Merkelin mərkəz sağ partiyası seçkini birinci bitirsə də, AP-də öncəkindən 5 təmsilçi az, 29 parlamentari ilə təmsil olunacaq. Mərkəz sol partiya isə 27 təmsilçidən 12 təmilçiyə gerilyərək üçüncü oldu ə 9 yeni mandat alan Yaşıllar ikinci sıraya yüksəldi.

Seçimdən öncə əhatə dairəsi olan 90 “YouTuber” “Yaşıllara” insanları yaşıllara səsverməyə çağırıb və radikal sağ partiya olan “Almaniya üçün Altenativ” (AİD) partiyasını pisləyib. AİD is seçkidə 10% səs alaraq dördüncü olub.

Fransa: Fransada AB-nin mərkəz sağ və sol partiyaları demək olar ki, silindi. Mari Le Penin radikal sağ partiyası olan “Milli Cəbhə” 22 parlamentari ilə birinciliyi ələ alıb. Makronun liberal partiyası “İrəli Fransa” isə 21 parlamentari ilə ikinci olub. Üçüncü yerdə 12 təmsilçili Yaşıllar qərarlaşıb. Mərkəz sağ EPP və mərkəz sol SD qruplarında isə cəmi 12 parlamentari seçkini qazanıb.

İngiltərə: Birlikdən hələ də ayrıla bilmədiyi üçün seçkiyə qatılan İngiltərədə iqtidarda olan mühafizəkarlar və ana müxalifət sayılan solçular ciddi itkiylə qarşılaşdı. İlk iki yeri yeni qurulan və ilk dəfə seçkidə iştirak edən “Brexit”(31.7%) və “Liberal Demokratlar” (20.7%) partiyası qazanıb.

Mühafizəkarlar 9.2% səs itirməklə 1832-ci ildən sonra ilk dəfə ən dibə vurub və bununla bərabər “İşçi” Partiyası 13.8 % səs itirib. Qeyd etmək lazımdır ki,”Brexit” partiyası AB-dən çıxmağı, Liberallar isə qalmağın tərəfdarıdır.

İtaliya: İqtidar koalisiyasında olan radikal sağ “Liqa” Partiyası 28% səslə seçkiyə liderlik edir. Sosial demokrat “Demokrat” Partiyası və hakim koalisiyanın digər qolu olan “5 Ulduz” (M5S) Hərəkatı isə 20%-dək səs toplayıb.

İspaniya: İspaniyada sosial demokratlar 32%, mərkəz sağçı “Xalq” Partiyası 20%, sağçı “Vətəndaşlar” Partiyası 12 və Podemosun “Sol Birlik” və digər sol qruplarla formalaşdırdığı ittifaq 10 % səs aldı. Radikal sağçılar olan “Vox”un səsi 6%-də qalıb.

Bu beş ölkənin 751 oturacaqlı Avropa Parlamentində 370 təmsilçisi var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ən çox oxunanalar