Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi finala yüksəlib - Yenilənib

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb...

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elnurə Məmmədova (55 kq) isə bürünc medal görüşünə çıxacaqlar.

***

“Report”un məlumatına görə, Alyona Kolesnik 59 kq çəki dərəcəsində qızıl medal şansını davam etdirib.

1/4 finaldan mübarizəyə qoşulan Kolesnik bu raundda italiyalı Moreno De Vitanı iki dəqiqə ərzində məğlub edib. Onun yarımfinaldakı rəqibi Yuliya Tkaç (Ukrayna) olacaq.

Daha əvvəl Mariya Stadnik yarımfinala adlayıb. 50 kq-da çıxış edən səkkizqat qitə çempionu finala vəsiqə uğrunda Anna Lukasyakla (Polşa) görüşəcək.

Digər güləşçi Elnurə Məmmədova (55 kq) isə 1/4 finalda Andrea Anaya uduzub. Rumıniyalı güləşçi finala yüksələ bilsə, Məmmədova təsəlliverici görüşə qatılacaq.

***

Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək.

55 kq-dakı Elnurə Məmmədova Laura Stanelite (Litva) ilə görüşəcək.

59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. 74 kq-dakı Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq. Daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ən çox oxunanalar