Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avqust ayında qəbul imtahanı olmazsa, abituriyentlər orduya çağrılacaq?

Əgər avqust-sentyabr aylarında da qəbul imtahanlarının keçirilməsi mümkün olmazsa, orta məktəbi bitirən gənclərin hamısı orduya cəlb olunacaqmı?..

Təhsil eksperti: “Hərbi xidmətə çağrılan gənclər imtahanlarda iştirak edə bilmirlərsə, müvafiq qurumlar bunu nəzərə almalıdırlar”.

“Dövlət İmtahan Mərkəzi imtahanların keçirilməsi ilə bağlı Nazirlər Kabineti ilə birgə müzakirələr aparır”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi karantinə görə qəbul imtahanlarının təxirə salınmasını və oğlan abutryentlərin əsgərlik problemini PİA.az-a şərh edərkən qeyd edib.

Ölkəmizdə karantin rejiminin uzadılmasından sonra qəbul imtahanların keçirilib keçirilməyəcəyi sual altındadır. İyul ayında isə qəbul imtahanlarının keçirilməməsi artıq dəqiqləşib. Bilirik ki, hazırda gənclərin hərbi səfərbərliyi həyata keçirilir.

Əgər avqust-sentyabr aylarında da qəbul imtahanlarının keçirilməsi mümkün olmazsa, orta məktəbi bitirən gənclərin hamısı orduya cəlb olunacaqmı? Bu sual indi abutryentləri və onların valideynlərini ciddi düşündürür və əlaqədar qurumlar da hazırda bu aualın cavabını verməkdə çətinlik çəkirlər. Bu problem öz həllini necə tapa bilər və DİM-in bununla bağlı mövqeyi varmı?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Yəqin ki, artıq növbəti həftədə imtahanların hansı qaydada, hansı formatda keçiriləcəyi ictimaiyyətə təqdim olunacaq”.

Əgər payız aylarında imtahanlar keçirilməyəcəksə, hərbi xidmətə çağrılan gənclərin imtahanda iştirak etmələri üçün alternativ şəraitin yaradılmalı olduğunu bildirən təhsil eksperti PİA.az-a açıqlamaslnda qeyd edib ki, bu prossesin payız aylarına qədər gedib çıxacağını düşünmür:

“Məlumdur ki, artıq 2-3 iyul tarixlərində buraxılış imtahanları keçirildi. İmtahanlar Naxçıvan və digər rayonlarda keçirilirdi. Bakı şəhəri və rayonlarının əvvəlki və cari il məzunlarının imtahanları hələ ki, qalıb. Bu isə qəbul imtahanının birinci, yəni buraxılış mərhələsidir.

Qeyd edim ki, blok imtahanlarının, yəni qəbul imtahanlarının ikinci mərhələsinin iyul ayında keçirilməsi mümkün deyil. Bu imtahanların keçirilməsi yalnız avqust ayında mümkün ola bilər. Bu da təbii ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verəcəyi qərardan asılı olaraq tənzimlənəcək.

Elçin Əfəndi: “Təhsil Nazirliyi, DİM və Səfərbərlik xidməti yaşadığımız dövrün reallıqlarını nəzərə almalıdırlar”.

Hərbi xidmətə çağrılan gənclər imtahanlarda iştirak edə bilmirlərsə, müvafiq qurumlar bunu nəzərə almalıdırlar. Yəni Təhsil Nazirliyi, DİM və Səfərbərlik xidməti yaşadığımız dövrün reallıqlarını nəzərə almalıdırlar. Bununla bağlı da xüsusi qərar qəbul etməlidirlər və hesab edirəm ki, anlaşılmazlıq yaranmaması üçün bu qərar gecikdirilməməlidir.

Əgər payız aylarında imtahanlar keçirilməyəcəksə, hərbi xidmətə çağrılan gənclərin imtahanda iştirak etmələri üçün alternativ şərait yaradılmalıdır.

Amma düşünmürəm ki, bu proses payız aylarına qədər gedib çıxacaq. Çünki Dövlət İmtahan Mərkəzi imtahanların keçirilməsi ilə bağlı Nazirlər Kabineti ilə birgə müzakirələr aparır. Yəqin ki, artıq növbəti həftədə imtahanların hansı qaydada, hansı formatda keçiriləcəyi ictimaiyyətə təqdim olunacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar