Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astana üçlüyünün Tehran sammitinin uğursuzluğu... - Türkiyə Suriyada Rusiya və İranla üz-üzə gəlir?

Olan hadisələrdən sonra demək olarmı ki, Astana üçlüyünün Tehran sammitində liderlərin görüşündə heç bir razılığa gəlmək mümkün olmayıb?...

Politoloq: “Türkiyə ilə Suriya arasında gərginlik yenidən alovlanır”.

“İndiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçular ilə bilikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil”.

Bu sözləri politoloq Turan Rzayev Türkiyə ilə Suriya arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Astana üçlüyünün Tehran sammitindən sonra Suriyanın şimalında baş verənlər onu deməyə əsas verir ki, liderlərin görüşündə heç bir razılığa gəlmək mümkün olmayıb. Türkiyənin öz sərhədlərini qorumaq məqsədi ilə Suriyanın şimalında əməliyata başlaması yenidən gündəmdədir. Bəşər Əsədə aid olan ordu birlikləri isə Suriyanın şimalına texnika və canlı qüvvə toplamaqdadır və onlar kürd terrorçularla birlikdə hərəkət edirlər. Həmçinin Rusiyada bölgədəki hərbi gücünü artırmağa çalışır.

Suriyanın şimalında Türkiyənin Rusiya və Əsəd qüvvələri ilə hərbi qarşıdurmaya getməsinə ehtimal vermək olar və bu qarşıdurma Suriyadakı hərbi-siyasi vəziyyətə necə təsir edə bilər?

Astana üçlüyünün Tehran sammitinin uğursuzluğunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Tehran sammitində Rusiyadan daha çox İran ilə Türkiyə razılığa gələ bilməyib”.

Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hətta Tehran görüşündən sonra prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını açıqlayıb:

“Türkiyə ilə Suriya arasında gərginlik yenidən alovlanır. Belə ki, Bəşər Əsədə bağlı Suriya ordusu Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməyə başlayıb. Əsəd rejiminə bağlı qüvvələr kürd terrorçularla birlikdə hərəkət edirlər.

Aydın məsələdir ki, indiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçular ilə bilikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil. Xüsusilə də burada diqqətçəkən ən vacib məqam bu prosesin məhz Astana üçlüyünün Tehran sammiti sonrası baş verməsidir. Bundan öncə isə İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum sonrası İraqda Türkiyə əleyhinə etirazların başlaması, paytaxt Bağdadda Türkiyə Mədəniyyət mərkəzindəki türk bayrağını endirilməsi kimi hadisələrdə diqqət çəkmişdi.

Hər iki proses ondan xəbər veri ki, Tehran sammitində Türkiyə, Rusiyaİran liderləri konkret razılığa gələ bilməyib. Bunu təsdiqləyən digər bir fakt da son günlər Rusiyanın Suriyadakı hərbi kontingetini artırmasıdır. Əsəd ordusunun olduğu ərazilərdə Rusiyanın hərbi helikopterləri patrul xidməti aparması da vacib nüanslardadır.

Turan Rzayev: “İran Əsəd kartını oynayaraq Ankaranı ehtimal antiteror əməliyyatlarından çəkindirməyə çalışır”.

Hesab edirəm Tehran sammitində Rusiyadan daha çox İran ilə Türkiyə razılığa gələ bilməyib. Aydın məsələdir ki, rəsmi Tehran Ankaranın bir müddətdir anonsunu verdiyi Suriyanın şimalında başladacağı yeni antiterror əməliyyatlarından narazıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Ali Dini lider Seyid Əli Xamenei ilə görüşdə də bu hiss olundu. Belə ki, İran ali dini lideri Xamenei görüş zamanı Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq”, dedi.

Onun bu sözləri sonrası əvvəl İraqda Zaho insidenti və antitürkiyə aksiyalarının keçirildi indi isə İranın da dəstəklədiyi Əsədin Türkiyə sərhədinə hərbi qüvvələr cəmləyir. Hər iki hadisə proseslərin pərdə arxasında İranın olduğunu göstərir.

İran Əsəd kartını oynayaraq Ankaranı ehtimal antiteror əməliyyatlarından çəkindirməyə çalışır. Yəni antiterror əməliyyatları başlasa Türkiyənin qarşısında terroristlər deyil, Suriya ordusu olacaq mesajı verilməyə çalışılır.

Turan Rzayev: “Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsəd Türkiyəni qarşısına alsa, bu onun hakimiyyətinin sonu deməkdir”.

Əvvəla, onu deyim ki, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib. Yəni Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Bununla belə Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil.

Məsələ ondadır ki, rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Türkiyə də bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin ehtimal Əsəd qüvvələri ilə toqquşması prossesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə konteksinə keçə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun. Ehtimal ki, Ankara və belə bir ssenaridən yayınamağa çalışacaq.

Proses bu ssenari üzrə cərəyan etsə bu zaman Kremlin prossesə müdaxiləsi qaçınılmazdı. Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsəd Türkiyəni qarşısına alsa, bu onun hakimiyyətinin sonu deməkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar