Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Əliyev: "Vüqar Səfərli həqiqəti etiraf edib"

"Ev alan jurnalistlərin xəbərləri yoxdur ki, onlara verilən mənzillərin sənədləri necə hazırlanıb"

Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin jurnalistlərə verilən evlərin xidməti ev olması barədə açıqlamasına münasibət bildirib.

Arif Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, əslində Vüqar Səfərli həqiqəti etiraf edib: "Nəhayət ki, biz KİVDF rəhbərinin dilindən düz sözü eşitdik. Halbuki, biz əvvəlcədən deyirdik ki, o mənzillər xidməti evlərdir və bunu alan hər bir jurnalist bilməli idi. Yəni, heçnə havayı verilmir. Mən bu həqiqətləri deyəndə ev alan jurnalistlərin böyük əksəriyyəti üzərimə qalxırdılar. Zaman bir daha göstərdi ki, mən düzünü söyləmişəm. KİVDF həmin evləri jurnalistlərə məqsədli şəkildə verib. Bu gün də açıq şəkildə onların başlarına qaxınc edir. Bu gedişlə hələ çox həqiqətlər ortaya çıxacaq. Sadəcə olaraq, ev alan jurnalistlərin çoxunun xəbərləri yoxdur ki, onlara verilən mənzillərin sənədləri necə hazırlanıb. Bəlkə də həmin evlərin sənədlərinin kökləri ayrı cür hazırlanıb, orada pullar necə həll edilib və sairə. Jurnalistlərin çoxu bu prosesi hələ dəqiq bilmirlər".

A.Əliyev qeyd edib ki, KİVDF ev verilməsi ideyasını ortaya atmaqla Azərbaycan mediasını parçalayıb, jurnalistləri bir-birinə düşmən edib: "Yadınıza gəlirsə, ev verilməsi ərəfəsində jurnalistlər bir-birindən danoslar yazırdılar, bir-birlərini söyüb təhqir edirdilər. Bu hərəkətlər ilk növbədə Azərbaycan jurnalistikasını gözdən saldı. Mən hamını yaxşı başa düşürəm, onların arasında evə böyük ehtiyacı olanlar da var idi, uzun müddət ətalətsizliklə üzləşmişdilər və sairə. Amma bu ədaləti tələb etməyin başqa yolları da var idi. İndi kimlər ki, bu yolu seçiblər, o zaman həmin evlərin sabah başlarına qaxınc ediləcəyinə də hazır olsunlar. Çox təəssüf ki, bu gün Vüqar Səfərli həmin evləri jurnalistlərin başına qaxınc edir".

pia.az


Etiket: Arif Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar